Azərbaycan dilində panqramma
Aprel 25, 2008 21:59Həsənəlizadə Ramin
Bir-iki ay bundan qabaq Azərbaycan dilində panqramma axtarırdım, lakin çox təəssüf ki, heç yerdə tapa bilmədim. Məcbur olub özüm qoşdum. Bu gün isə panqrammalar haqqında vikipediyada kiçicik bir məlumat verdim. İndi burada da həmən məlumatı vermək istəyirəm. Bəlkə kiməsə maraqlı və lazımlı olar.
Panqramma (yunan dilində "hər hərf") — əlifbanın bütün hərflərini istifadə edən mətndir. Panqrammalar şriftlərin nümayişi, çap edən qurğuların yoxlanılması üçün istifadə olunur. Panqramma nə qədər qısa olsa (imkan daxilində), bir o qədər maraqlıdır. Yəni cümlədə eyni hərflərin mümkün qədər az təkrar olunmasına yönəlmək lazımdır. Mükəmməl panqrammada əlifbanın hər hərfi bircə dəfə istifadə olunur, xüsusi isimlər və abbreviaturalar isə istifadə olunmur.
Bu da ki, qoşduğum, mükəmməl olmasa da, panqramma:
Zəfər, jaketini də papağını da götür, bu axşam hava çox soyuq olacaq!
157 dəfə oxunub
bölmə: Dizayn
açar sözlər: azərbaycan dizayn panqramma əlifba şrift







