Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 23
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 71
  • Ümumi hit: 31190

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

D. A. Normanın “Adi əşyaların dizaynı” kitabı haqqında

Aprel 25, 2008 22:11
Həsənəlizadə Ramin

Bu yaxınlarda maraqlı bir kitab oxudum ― Donald Normanın “Adi əşyaların dizaynı” (Donald A. Norman “The Design of Everyday Things” ingl.; Дональд А. Норман “Дизайн привычных вещей” rus.) kitabını. Bu kitab haqqında eşitdiklərim və oxuduqlarım bir-neçə müsbət rəy, məndə xeyli maraq və onu oxumaq həvəsini oyatdı.

Təəssüf ki, Azərbaycan dilində onu tapa bilmədim, yəqin ki, hələ tərcümə olunmayıb, mən oxuduğum rus dilində idi. 

 

 

 

 

 

Bu kitab psixologiya ilə bərabər, eyni zamanda dizayn haqqındadır və əsasən dizaynerlərə ünvanlanıb. Müəllif, kitabda, insanın, bir istifadəçi kimi, psixologiyası haqqında, onun gündəlik işlərində, məişətdə, evdə, işdə, küçədə rastlaşdığı cürbəcür çətinliklər, etdyi səhvlər və s. haqqında söhbət açır və bu səhvlərin, çətinliklərin səbəblərini araşdırır. Norman oxucuya çatdırmaq istəyir ki, istifadəçini bu cür çətinliklərlə qarşılaşdırmamaq üçün, gündəlik istifadə etdiyimiz əşyaların quruluşu, dizaynı və istifadə etmə qaydaları həmən istifadəçi psixologiyasına uyğun olmalıdır. O, qapı, telefon, qayçı, soyuducu və digər adi əşyaları misal çəkərək, yaradıcılar və istifadəçilər, gözəllik və səmərəlilik arasında olan uyğunsuzluqları və problemləri müzakirə edir. Kitabın əsas fikri odur ki, yaxşı dizayna malik olan qurğunu istifadə etmək üçün izahat lazım deyil. Yəni istənilən bir qurğunu, onun təlimatını oxumadan, istifadə etmək aydın və rahatdırsa, deməli, onun dizaynı yaxşıdır və əksinə, hansısa qurğu istifadəçi üçün çətinlik yaradırsa, deməli, onu yaxşı düzəltməyiblər. Bəlkə də qurğu çox gözəl qurğudur, amma, bu gözəl qurğunu fikirləşib, həyata keçirərkən, onu da düşünmək lazımdır ki, onun funksionallığı ilə bərabər, istifadəçi üçün rahat olması da çox vacibdir. Bu prinsip həyatda rastlaşdığımız hər şeyə və hər dövrə aiddir, buna görə də, kitabın keçən əsrin 80-cı illərində yazılmasına baxmayaraq, o indi də öz əhəmiyyətini itirməyib.

Bu kitabı yalnız dizaynerlərə yox, memarlara, konstruktorlara, proqrammlaşdırıcılara və başqa mütəxəssislərə də, oxumağı məsləhət görürəm. Məncə, bu kitab, ümumiyyətlə, hamıya maraqlı olar. Ümid edirəm ki, gələcəkdə bu kimi maraqlı, faydalı və lazımlı kitablar Azərbaycan dilində də, nəşr olunacaq.


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(0)
147 dəfə oxunub
bölmə: Dizayn, Kitablar
açar sözlər: donald norman dizayn design kitab 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com