AZN haqqında
Aprel 25, 2008 22:20Həsənəlizadə Ramin
AZN nə deməkdir? Pullar dəyişildikdən bəri mən bu haqda çox fikirləşmişəm, amma hələ də, özüm üçün düz-əməlli izahat tapa bilmədim. Bizim yeni pul vahidinə nədənsə AZN deyirlər. Bütün reklamlarda, banklarda, dükanlarda, hər yerdə AZN yazılıb. Yata bilmirəm, yeyə bilmirəm, arıqlayıb gedirəm fikirləşə-fikirləşə ki, görəsən bu AZN nə deməkdir. Bəs yaxşı, onda pulun üstündə niyə manat-qəpik yazılıb? Bəlkə, gözlərim zəif görür, AZN əvəzinə manat oxuyuram? Xeyir. Bu deyəsən, bizim yeni adətimizdir ― pulumuza mütləq bir ad qoşmalıyıq. Şirvan-məmmədlər ləğv olundu, oldu AZN. Köhnə pulda milli motivlər və görkəmli şəxsiyyətlərimizin şəkilləri var idi, yəqin ona görə də pullara milli adlar qoymuşduq: Şirvan, Məmməd, Nizami. İndi isə, pulumuzu oxşatmışıq avroya, gərək ona uyğun bir ad da qoşaq. Görəsən niyə elədir? Manat sözü pisdir ki? Məncə, iş manat sözünün pis olub-olmamağında deyil. Biz ABŞ dollarına “göy” deyirik, Russiyada yaşayan azərbaycanlılar rubla manat deyirlər. Yəqin ki, bu bizim milli xüsusiyyətimizdir ― hər şeyə bir qulp qoşmalıyıq.
176 dəfə oxunub
bölmə: Müxtəlif
açar sözlər: azn manat pul milli dollar








Ramin, o Azn cixandan haminin beyninde bu sual firlanir. Menden de cox adam sorusur ki, AZN ne demekdir.
May 11, 2008 22:39Anlamiram.