Kosmoloji sabit Azərbaycan əlifbasının “Ə” hərfi ilə adlandırılıb
Aprel 25, 2008 22:24Həsənəlizadə Ramin
Azərbaycan alimi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Həsənəlizadə Əsgər Hüseyn oğlu tərəfindən universal kosmoloji sabit üzə çıxarılmış və Azərbaycan əlifbasının “Ə” hərfi ilə işarə olunmuşdur.
Bu sabit Kainatın yaşı, kütləsi və ölçüsü kimi parametrləri daha dəqiq təyin etməyə imkan yaradır. Bundan əlavə bu sabit, kosmologiya üçün vacib olan, Kainatın qalıq (relikt) şüalanmasının temperaturunu da müəyyən etməyə yol verir. Müasir kosmologiyada Kainatın nəzəri yaşı bəzi ulduzların və “dumanlıqların” (ulduzlar çoxluğu) astronomik müşahidələr və ölçmələr nəticəsində alınan yaşına zidd olur. “Ə” sabitini tətbiq etməklə hesablanmış Kainatın yeni yaşı, bu ziddiyyəti aradan götürür.
Bu işin nəticələri haqqında 2006-cı ilin avqust ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Məkan, Zaman, Cazibə” adında IX Beynəlxalq Elmi Konfransda məruzə edilmişdir. 2007-ci ildə isə, bu iş, Sankt-Peterburqda “Tessa” nəşriyyatı tərəfindən, həmən konfransın əsər toplusunda, nəşr olunub.
***
Həsənəlizadə Əsgər mənim atamdır. “Atasını reklam edir” deyə fikirləşən insanları qabaqlamaq məqsədi ilə bildirirəm ki, — bəli, mən atamın işləri ilə fəxr edirəm. Hal-hazırda Azərbaycanda çoxlarına elm lazım olmasa da, məncə bu cür işlər diqqətə layiqdir. Hər halda mən inanıram ki, Azərbaycanda elmə marağı olan insanlar da az deyil.
192 dəfə oxunub
bölmə: Elm
açar sözlər: həsənəlizadə elm gasanalizade kainat kosmologiya








Cox sagol, gozel melumata gore. menim hemishe astronomiyaya maragim olub. heqiqeten de men de fexr edirem. elmi keshflere bir sozle bayiliram.
sen de hemshe fexr et atanla.
May 1, 2008 0:36