Reklam verin!

Axtarış

Bölmələr

Arxivlər

Abunə ol!

Sayqaç

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 4077
  • Dünənki hit: 216
  • Bugünki hit: 19
  • Ümumi hit: 12934

My BlogCatalog BlogRank

AzNet haqqında

Aprel 25, 2008 22:34
Həsənəlizadə Ramin

 

Dünən, Azart — rəqəmsal incəsənət birliyi adlanan Azərbaycan dizaynerlər forumunda bir gənc, istedadlı və qabiliyyətli dizayner Samir Hüseynovla AzNet termini barəsində mübahisəmiz oldu. Söhbət ondan başladı ki, AzNet anlayışını kim necə başa düşür və əslində bu termin nə məna verir. Biz təyin etmək istəyirdik ki, AzNet deyəndə hansı saytları nəzərdə tuturuq. Nə isə, əgər sizə maraqlı olsa, forumdaki mübahisəmizi Azart.az-da oxuya bilərsiniz. Burda isə mən, AzNet anlayışı haqqında öz fikirlərimi sizə çatdırmaq istəyirəm. Yəni, bu termini mən necə başa düşürəm.

 

Bildiyimiz kimi, internetdə sərhəd və senzura yoxdur, internet elə bir məkandır ki, burda hər kəs, hər şey haqqında və istədiyi formada öz fikirlərini ifadə etməkdə azaddır. İnternetdə insanları bir-birindən ayıran yalnız dildir. Dünyada mövcud olan bütün dilləri bilmək mümkün deyil, buna görə də, internet aləmində, müxtəlif dilli insanların arasında çətin keçilən sərhəd yaranır.

 

AzNet. Azərbaycan interneti. Bu anlayışı biz necə başa düşürük? AzNet deyəndə, biz hansı saytları nəzərdə tuturuq? Bu domeni .az olan və ya azərbaycanlılar tərəfindən düzələn, ya da ki, Azərbaycan haqqında olan, yoxsa Azərbaycan dilində olan saytlardır? Mənim qəti fikrim budur ki, AzNet — Azərbaycan dilində olan saytlar icmaasıdır. Gəlin araşdıraq, məsələn, əgər .az domenli saytda rus dilində və ya başqa bir dildə filateliya (ya da başqa nəsə) haqqında yazılırsa, bu sayt hələ AzNet-lik deyil, həmən saytı hansısa azərbaycanlı yaradıbsa da, bu sayt yenə də AzNet-lik deyil, lap saytın daxilində Azərbaycan filateliyasına ayrıca bir bölmə ayrılıbsa da, heç onda da bu saytı və içində Azərbaycan filateliyasına ayrılmış səhifəni AzNet-ə aid etmək olmaz. Lakin həmən sayt Azərbaycan dilində olarsa, o, domenindən, yaradıcısından, sahibindən və mövzusundan aslı olmayaraq AzNet-ə aiddir. Mənim fikrimcə, sayt bütövliklə Azərbaycana həsr olunsa da, amma, Azərbaycan dilində deyilsə, bu sayt AzNet-ə daxil olunmur. Əksinə, hər-hansı bir saytda Azərbaycan dilində kiçicik bir səhifə varsa, onda bu saytı asanlıqla AzNet-ə aid etmək olar. Azərbaycan interneti Azərbaycan dilində olmalıdır!


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(4)
131 dəfə oxunub
bölmə: Yazılar
açar sözlər: aznet azart.az internet azərbaycan sayt 

1

Ramin, dostum, deyəsən mak.az"a axırı ki "köçdün" hə? Yoxsa yanılıram... wink

May 23, 2008 20:46
2
Ramin yazıb:

Hə axır ki gəldim.)) Maraqlı müzakirələrinizdən kənarda qalmaq istəmədim.))

May 23, 2008 21:27
3

Açığını deyim dostum səni tanıdığıma məmnunam. Yaxşı ki, Vüsalın blogundakı şərhindən sonra girib bloguna baxdım wink

Sankt-Peterburqa çətin yolum düşsün. Hələ ki də buralardayam. Eyni vaxtda Azərbaycanda olsaq, görüşmək ümidiylə..

Hə, bir də "bir şeylər haqqında" bir az tez tez yaz wink

mak.az"da da maraqlı şərhlər yazacağına əminəm...

Amma day.az"ı mən də AzNetdən sayıram smile

Uğurlar!

May 23, 2008 21:38
4
Ramin yazıb:

Çox sağ ol Vüsal! Mən də şadam ki, biz səninlə, virtual şəkildə olsa da, dost olduq. İnşallah real həyatda da görüşüb dostluğumuzu davam etdirərik.))

Tez-tez yazmaq alınmır.)) Mak.az-da bəzi şeylər barəsində öz fikirlərimi yazmağa çalışacam. Bir də ki, day.az haqqında mak.az-daki müzakirədən ilham alıb bloqumda yazı yazası olacam.))

May 23, 2008 23:29

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com