Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 68
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 120
  • Ümumi hit: 31239

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

1920-30-cu illərdə Azərbaycan tipoqrafikası

May 1, 2008 1:47
Həsənəlizadə Ramin

 

 

 
Şəklin mənbəyi: russianartandbooks.com                           
 

1922-ci ildə Azərbaycanda “latınlaşma” kampaniyası başlandı, yəni, ərəb əlifbasının əsasında olan əlifbamızın əvəzinə, latın əlifbasının əsasında olan yeni əlifbaya keçmə prosesi. Bu proses 1929-cu ildə yeni əlifbanın rəsmi qəbulu ilə nəticələnmişdir. Yeni əlifba qəbul olunan kimi, Azərbaycanda, o zaman, əsas nəşriyat olan “Azərnəşr” tərəfindən, kütləvi miqdarda kitab nəşr olunmağa başlandı. Təbii ki, bütün bu kitablar üçün kitab üzü və rəsmlər lazım idi. Həmən tərtibat işlərini, “Azərnəşr”-lə əməkdaşlıq edən Azərbaycan qrafik rəssamları görmüşdülər. Onlar Hacıyev Əmir, Xalıqov Qəzənfər, Knit Ludviq, Mustafayev Rüstəm, Vlasov Mixail, Zeynalzadə Xalid və başqaları olublar. Beləliklə, Azərbaycan-latın tipoqrafikasının əsası qoyulmuşdu.

 

Həmən kitabların bəzilərinin üzlərini və rəsmlərini burada sizə təqdim edirəm. O vaxtkı kitabları görmək maraqlıdır, deyilmi? Yeri gəlmişkən, o vaxtın latın əlifbası indikindən bir az fərqli imiş. Nə isə, buyurun, özünüz baxın (43 şəkil):

 

 

 

 "Əlifba"

Tərtibatçı: Hacıyev Əmir, Bakı, 1920-ci illər. Kitab üzü, 22.2×13.3 sm.

 

 

  Emil Zola "Ruqonların şöhrətpərəsrliyi"

Tərtibatçı: Hacıyev Əmir, Bakı, 1933-cü il. Kitab üzü, 20.6×14.6 sm.  

 

 

  M. Seyidzadə "Neftə doğru"

 Tərtibatçı: Xalıqov Qəzənfər, 1933-cü il. Kitab üzü, 17.4×12.1 sm.

 

 

  Hüseyn Cavid "Səyavuş"

 Tərtibatçı: Xalıqov Qəzənfər, 1934-cü il. Kitab üzü, 14.9×10.5 sm.

 

  

 Şair və vətəndaş

 Tərtibatçı: Knit Ludviq, 1920-30-cu illər. Kitabda rəsm, 12.0×30.5 sm.

 

 

 Dəmir yolu

 Tərtibatçı: Knit Ludviq, 1920-30-cu illər. Kitabda rəsm, 13.0×30.8 sm.

 

 

 adsız

 Tərtibatçı: Knit Ludviq, 1920-30-cu illər. Kitabda rəsm, 12.4×14.9 sm.

 

 

 A. Fadeyev "Tarmar"

 Tərtibatçı: Mustafayev Rüstəm, 1934-cü il. Kitab üzü, 20.3×14.0 sm.

 

 

  Tağı Şahbazi "Seçilmiş əsərləri"

 Tərtibatçı: Şalıqina Yevqeniya, 1930-cu il. Kitab üzü, 21.0×17.5 sm.

 

 

 Bella İlleş "Tissa yanır"

 Tərtibatçı: Vlasov Mixail, 1932-ci il. Kitab üzü, 21.6×15.9 sm.

 

 

 S. Rəhimov "Su ərizəsi"

 Tərtibatçı: Zeynalzadə Xalid, 1944-cü il. Kitab üzü, 18.7×15.6 sm.

 

 

 "Analara məsləhət"

 Tərtibatçı: Hacıyev Əmir, 1928-ci il. Kitab üzü, 17.1×12.7 sm.

 

S. Qriqoryev "Qırmızı nişan"

 Tərtibatçı: Hacıyev Əmir, 1930-cu il. Kitab üzü, 16.5×11.1 sm.

 

 

 A. Kojevnikov "Poçt markaları"

 Tərtibatçı: Hacıyev Əmir, 1929-cu il. Kitab üzü, 17.5×12.1 sm.

 

 

 A. Nasimoviç "Senya Kaluqin"

 Tərtibatçı: Hacıyev Əmir, 1930-cu il. Kitab üzü, 19.0×12.7 sm.

 

 

  Dr. B. Siqal "Uşağı necə sağlam böyütməli"

 Tərtibatçı: Hacıyev Əmir, 1930-cu il. Kitab üzü, 17.8×12.7 sm.

 

 

 Jül Vern "Kapitan Qrantın uşaqları"

 Tərtibatçı: Knit Ludviq, 1930-cu il. Kitab üzü, 17.8×12.7 sm.

 

 

 F. Düşen "Qan qanunu"

 Tərtibatçı: Saqiyan Muşeq, 1930-cu il. Kitab üzü, 15.9×11.7 sm.

 

 

  V. Yazvitskiy "Göy barəsində nağıllar və həqiqət"

 Tərtibatçı: Şxiyan Ruben, 1930-cu il. Kitab üzü, 17.8×13.7 sm.

 

 

  H. Mehti "Bahar suları"

 Tərtibatçı: Şxiyan Ruben, 1930-cu il. Kitab üzü, 19.4×12.1 sm.

 

 

  Feliks Ayerbax "Müharibə işlərində fizika"

 Tərtibatçı: Şxiyan Ruben, 1929-cu il. Kitab üzü, 14.8×16.5 sm.

 

 

 F. Kamanin "Şişə fabrikində"

 Tərtibatçı: Şxiyan Ruben, 1929-cu il. Kitab üzü, 16.8×11.7 sm.

 

  

A. Serafimoviç "Dəmir yol baxıcısı"

 Tərtibatçı: Telinqater (Beno), 1930-cu il. Kitab üzü, 11.8×? sm.

 

 

 N. Lyaşko "Domna ocağı"

 Tərtibatçı: Telinqater (Beno), 1929-cu il. Kitab üzü, 17.8×12.4 sm.

 

 

 Mate Zalka "Əbədi sülh"

 Tərtibatçı: Telinqater (Beno), 1931-ci il. Kitab üzü, 17.5×12.1 sm.

 

 

 V. Dmitriyeva "Mayna Vira"

 Tərtibatçı: Telinqater (Beno), 1930-cu il. Kitab üzü, 17.5×11.4 sm.

 

 

  V. Bianki "Meşədə dava"

 Tərtibatçı: Vardi Varjan, 1931-ci il. Kitab üzü, 17.8×12.1 sm.

 

 Böyük-Roni "Od uğrunda mübarizə"

 Tərtibatçı: Vlasov Mixail, 1930-cu il. Kitab üzü, 18.4×12.4 sm.

 

 

  Jül Vern "On beş yaşında kapitan"

 Tərtibatçı: Vlasov Mixail, 1930-cu il. Kitab üzü, 19.7×12.7 sm.

 

 

  Emil Zola "Tələ"

 Tərtibatçı: Vlasov Mixail, 1930-cu il. Kitab üzü, 17.5×12.1 sm.

 

 

  D. Mamin-Sibiryak "Ulduz"

 Tərtibatçı: Vlasov Mixail, 1930-cu il. Kitab üzü, 19.0×13.0 sm.

 

  

 B. Lavrentyev "Ulduz rəngi"

 Tərtibatçı: Vlasov Mixail, 1930-cu il. Kitab üzü, 18.4×12.1 sm.

 

 

  C. Cəbrayılbəyli "Akvarium"

 Tərtibatçı: Vlasova Sarra, 1930-cu il. Kitab üzü, 19.0×12.1 sm.

 

 

  S. Qriqoryev "Et 5324 nömrəli lokomotiv"

 Tərtibatçı: Vlasova Sarra, 1930-cu il. Kitab üzü, 19.0×12.1 sm.

 

 

  Əli Vəliyev "Nənəmin cəhrəsi"

 Tərtibatçı: Vlasova Sarra, 1930-cu il. Kitab üzü, 18.4×12.1 sm.

 

 

 V. Kaverin "Sarayın mühasırəsi"

 Tərtibatçı: Vlasova Sarra, 1930-cu il. Kitab üzü, 17.8×12.4 sm.

 

 

  A. Serafimoviç "Vaqonçu Makar"

 Tərtibatçı: Vlasova Sarra, 1930-cu il. Kitab üzü, 18.1×12.4 sm.

 

 

  Mıkırtıç Armen "Sona"

 Tərtibatçı: Dorş, 1930-cu il. Kitab üzü, 17.1×13.1 sm.

 

 

 Araks "Alvan"

 Tərtibatçı: Naməlum, 1930-cu il. Kitab üzü, 18.1×12.1 sm.

 

 

 Viktor Kin "O tayda"

 Tərtibatçı: Naməlum, 1929-cu il. Kitab üzü, 16.8×12.7 sm.

 

 

 Fransa güləşləri

 Tərtibatçı: Naməlum, 1930-cu illər. Plakat, 83.5×64.0 sm.

 

 

 Güləşlər

 Tərtibatçı: Naməlum, 1934-cü il. Plakat. Azərbaycanca və rusca. 90.0×62.0 sm.

 

 

 Rəşid Yusubovun qastrolları

 Tərtibatçı: Naməlum, 1930-cu illər. Plakat. Rusca. 55.0×72.0 sm.

 

Mənbə: www.russianartandbooks.com


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(7)
238 dəfə oxunub
bölmə: Dizayn
açar sözlər: azərbaycan dizayn tipoqrafika typography azərnəşr 

1

Ramin maraqlı bir blogunuz var. Adı da özünəməxsus. Sizə nacizanə bir tövsiyyə. Bütün başlıqlarınız "haqqında" ifadəsi ilə bitsin. Bax onda bura da "Hər şey haqqında bloq" oalcaq. Uğurlar sizə. Mən marketinqdən yazıram sizə yəqin ki maraqlı olmaz wink

May 3, 2008 0:13
2
Həsənəlizadə Ramin yazıb:

Salam, Vüsal! Nacizanə tövsiyyəniz üçün minnətdaram. Mən elə də istəyirdim ki, bütün başlıqlar haqqında ilə bitsin. Amma bəzən alınmır.)) Çalışaram ki, "haqqında" olsun.)) Bloqunuza nəzər yetirdim, faydalı bloqunuz var, təbrik edirəm 103 gününü.)) Sonra daha da ətraflı diqqət yetirəcəyəm. Sizə də uğurlar!

May 3, 2008 14:15
3

Təşəkkür edirəm Ramin. Sizdə də yaxşı alınır. Blogunuzdakı yazıları ilk özüm oxuyacam wink

Azərbaycan blog aləmində bilgi paylaşımını təşviq edən və intelektual səviyəyə malik bloglar görmək istəyirəm. Sizinki hər iki kategoriyaya daxildir. Belə bloglar çox yayğın olmasa da, gələcəkdə dəyəri bilinəcək. Belə davam edin.

Üstəlik bu ismarıcda 43 şəkil var ki, bunu əlavə etmək üçün xeyli əmək sərf etmisiz anladığım qədər. Əvəzini alarsız inşallah bol bol oxucuyla...

May 3, 2008 16:33
4
Həsənəlizadə Ramin yazıb:

Çox sevinirəm ki, bloquma belə yüksək qiymət verirsiniz, çox sağ olun. Mən də sizin fikirlərinizə şərikəm, istərdim ki, AzNetdə həqiqətən də sözün əsl mənasında diqqətə layiq, maraqlı, faydalı və maarifləndirici saytların sayı çox olsun.

Təşəkkürlər, hamımıza uğurlar!

May 3, 2008 21:14
5
babek yazıb:

salam
teshekkorler ki menim blogima baxmisiniz.inshallah ki axirde bir olacaklar

May 6, 2008 22:14
6
Həsənəlizadə Ramin yazıb:

Salam, Babək!
İnşallah Azərbaycan bir olacaq, amma bunun üçün biz özümüz çox-çox işlər görməliyik ki, bu birlik tezliklə olsun.

May 7, 2008 9:54
7

Ramin sizi də qatdıq bu sual-cavab oyununa... Buyurun Azəri blog sisteminin istifadəçilərinə tanıdın özünüzü wink

May 8, 2008 9:36

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com