Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 26
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 74
  • Ümumi hit: 31193

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

“Sıra səndə” məndədir!

May 9, 2008 15:43
Həsənəlizadə Ramin

 

Bizim hörmətli marketoloqumuz, Vüsal Qəmbərov məni də qatdı bu oyuna. Suallar da get-gedə artır haa, öz aramızdı!

1. Adın və Soyadın
Ramin Həsənəlizadə

2. Təvəllüdün
08.08.1979

3. Nə ilə məşqulsan (sənət, peşə..)?
İT sahəsində işləyirəm

4. Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin?
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıram, amma Bakıda yaşamaq istəyirəm. İnşallah yaxın zamanlarda gələcəm ora.

5. Yaşam fəlsəfənizi təşkil edən sözlərdən, cümlələrdən biri?
Həmişə düz, haqlı olmaq.

6. Sənin üçün bloq nədir?
Blog, əlavə texniki məlumat olmadan, öz istədiyiniz məlumatları, öz istədiyiniz şəkildə yazan istifadəçilərin yaratdığı, gündəliyə bənzər web saytıdır.))
Bloq mənim üçün şəxsi KİV-dir. Yəni mən burada öz fikirlərimi bütün dildaşlarımla bölüşə bilərəm.

7. Bloq həyatında nə qədər və necə bir yer tutur?
Deyə bilmərəm ki, bloqsuz yaşaya bilmərəm. Sadəcə, hal-hazırda bloq yazmağa marağım var. Bloq həyatımda nə birinci, nə də axrıncı yer tutur, hardasa ortalarda.

8. Nəyə görə bloq yazırsan?
Niyə də yazmayım ki?! Sözüm var deyirəm, yazıram.

9. Fərz edək ki, Allah sənə öz xalqının konkret bir xasiyyətini əlindən almaq qüdrəti verdi. Onun hansı cəhətini ləğv edərdin?
Paxıllığı.

10. Sizcə, hər bir insan öz cütünü axtararkən gələcək həyat yoldaşından daha çox nə umur?
Hər bir insan nə umursa bimirəm. Mən — yemək bişirsin, paltar yusun, ev yığışdırsın.)) He-he, zarafat. Qarşılıqlı anlayış (Vüsal demişkən), hörmət, sadiqliq. Ümumiyyətlə, bir sözlə deyə bilməcəyim çox şey.

11. Öz həyatınızdan nəyi çıxarmaq və nəyi əlavə etmək istərdiniz?
Çıxarılası elə bir şey yoxdur, yəni şükür Allaha. Əlavə etməyə qalsa, çox şey əlavə etmək istərdim. Bu siyahı sonsuzdur və onu da bilirəm ki, nəyəsə nail olan kimi, yenə də nəsə istəyəcəm. Məncə, insanın təbiəti elədir, həyatda həmişə nəsə çatışmır. Məqsədimizə çatanda isə, qarşımıza yeni məqsəd qoyuruq. Buna görə həyat belə maraqlıdır.

12. İndiki ağıl və dünyagörüşü yeniyetməlik vaxtı olsaydı, o zaman hansı peşəni seçərdiniz?
O vaxt seçdiyim peşəyə görə peşman deyiləm. Amma, indi, əlavə olaraq başqa ixtisas üzrə də ikinci ali təhsil almaq istərdim.

13. Sizcə, pulun hansı yolla qazanılmasının fərqi varmı?
Halal pul hamsından yaxşıdır.

14. Master Yoda kimdir? Ona münasibətiniz?
Yod ustası. Münasıbətim — əla! Yaralarımızı yodlayırıq ki, tez sağalsın. Yod ustası olmasa, yod da olmaz, yaralara infeksiya düşər, qanımız zəhərlənər, ölərik. Əla, əlbəttə əla!

15. Millət olaraq Tarix dərsindən nəsə öyrənə bilirikmi?
İnanmaq istəyirəm ki, oyrənirik.

16. Azərbaycan futbolunun inkişafının reseptini bilirsənmi?
Futbolu sevmirəm, resepti də bilmirəm. Amma, təxmin edə bilərəm ki, başqa sahələrdəki kimi, peşəkarları cəlb etməklə irəliləyiş etmək olar. Əsas diqqət isə, gənc idmançılara yönəlməlidir.

17. Hansı millətin nümayəndəsi olmaq istiyərdin? Niyə?
Mən azərbaycanlıyam! Niyəsi yoxdur.

Mən də bu oyuna Qəhrəmanovбезумец nikli bloqçuları dəvət edirəm və bir neçə sual da əlavə edirəm.

18. Evinizin ünvanı?
19. Evinizdə pulu və qiymətli əşyaları hara qoyursnuz?


Zarafat edirəm.))
Suallarım isə budur:

18. Hal-hazırda hansı kitabı oxuyursunuz?
19. Hansı dilləri bilirsiniz və hansılarını bilmək istərdiniz?


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(12)
279 dəfə oxunub
bölmə: Haqqımda
açar sözlər: bakı sual cavab kiv 

1
EsmaNur yazıb:

Maraqlıydı.. men sadece bilmirem bu yeni suallar elave etmek nerden çıxdı?smile deyesen bunu Vusal abi başlatdı,ancaq bele gederse bu sualların sonu olmayacaq ve manası kalmıcak.. men yeni yeni oyunlar,suallar dedikde bunu demek istememişdim.Bu oyun yani qısa tanışlıq sualları biter,yeni yeni başqa mövzülarda suallar ve ya başqa cür oyunlar yaradılar deye düşünmüşdüm.
amma yene de siz bilirsinizsmile
menim dediyim kimi daha maraqlı olardı.bu tur biterdi,2. tur daha başqa mövzüda (artıq blogcuların fantaziyasına qalır smile ) başlayardı bir neçe vaxtdan sonra.

May 9, 2008 16:45
2
EsmaNur yazıb:

Dostlar,mene ele gelir ki bu "oyun" yaxşı ki başladı.. gerçekden..
belke deyeceksiniz "indi bir şey edib,başlıcaq şişirtmeye" smile (eslinde men etmedim,sizler meni qırmadınız,oyuna qoşuldunuz ve semimi cavablar verdiniz,oyunu maraglı etdiniz) amma yox,gerçekden işe yaradı bu oyun..
meselen men bu blogu tanıdım,Vusal Qemberovu tanıma şansım oldu,başqa blogcularla semimi münasibetler oldu vs.
sizi bilmirem amma menim düşündüyüm kimi,istediyim kimi blogcular arasındakı dostluğu,yaxınlığı qüvvetendirdi,daha bi semimi oldu sanki herşey.. ne bilim. bu menim düşüncelerim.

May 9, 2008 16:52
3

Əvvəla Ramin səni də bu oyuna cəlb etdiyimə sevindim. Gözlədiyim intellektli cavabları da aldım. Əla.

Amma Əsma Nurun anası xanım smile göz qırpımında necə iki şərh yazdı anlamadım smile Əlimdə qısa işim var, indicə yazaram demişdim halbuki. smile

Həqiqətən gözəl fikirmiş. Təbrik etmək lazımdı düşünəni wink Dəstək olanlara da eynən. Bunun nəticəsini irəliki illərdə Azərbaycan blog məkanı genişlənəndən sonra görəcəyik məncə. Onda indiki adda-budda blogger "dembel" olacaq smile

May 9, 2008 17:04
4

1. Adın və Soyadın
eminoV asiF

2. Təvəllüdün
11.07.87

3. Nə ilə məşqulsan (sənət, peşə..)?

ATUnun tələbəsi. Yəqin ki, yaydan artıq ZPR-də (Zəncirvari polimeraza reaksiyası) ishələycəm. DNT analiz laborotoriyası. (hələki kurs keçirik smile )

4. Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin?

Bakı şəhərində yaşayıram. Elə Bakıda da. Amma görmək istədiyim yerlər çoxdur. Uşaq vaxtl arxeolog olmaq istəyirdim. smile Misirə getmək, ehramları görmək arzumdur. Afrika ölkələrində, savannaları gəzmək, Eyfel qülləsini görmək. və s. rolleyes

5. Yaşam fəlsəfənizi təşkil edən sözlərdən, cümlələrdən biri?

Yuxuları ger çəkləşdirmənin ən gözəl yolu oyanmaqdır.

O kəsləri sevirəm ki, bu dünyaya kor gəlib, kor getməsinlər.

6. Sənin üçün bloq nədir?

Blog web-gündəlikdir. Istədiyim məlumatları, maraqlandığım, kimlərəsə çatdırmaq istədiyim məlumatları yerləşdirməkçün e-dəftərimdir. shocked ps: sözün düzü "adsense" reklamları da qoymaq istəyirəm. Yəni az-cox pul qazanmaq. Onu da qoya bilmirəm. Heç cür alınmır. grin

7. Bloq həyatında nə qədər və necə bir yer tutur?

Blog? confused Deyə bilərəm ki, dərsdən gələn kimi, ilk 15 dəq-yə bloguma girməsəm ürəyim partlıyar. İnternetə də çox girdiyimdən, bir sözlə blogum ana səhifəmdir. Nəyə girməsəm də, bloglara girirəm.

8. Nəyə görə bloq yazırsan?

Sadəcə bildiklərimindən cəmiyyətə çatdırmaq. Bir sözlə bildiklərimi siz də biləsiz. (təbii ki, raziı olmuya bilənlər də ola bilər). Az-cox " mən də varam" demək.

9. Fərz edək ki, Allah sənə öz xalqının konkret bir xasiyyətini əlindən almaq qüdrəti verdi. Onun hansı cəhətini ləğv edərdin?

Heç nəyini. Ramin qardaşımız paxıllığı dedi. Amma məncə onda balans pozular.


10. Sizcə, hər bir insan öz cütünü axtararkən gələcək həyat yoldaşından daha çox nə umur?

Öz yarımı axtarıram desəm yanılmaram. Amma gərək həmin şəxs məni delicəsinə sevən birisi olsun. Məni ən pis veziyyətdə qəbul etsin. Həmçınin men sevim onu dəlicəsinə. Mən ondan sadəcə ülvi sevgi umardım. Qalan hər şeyi sevgi özü həll edər. (Əsil sevgi, ülvi sevgi).

11. Öz həyatınızdan nəyi çıxarmaq və nəyi əlavə etmək istərdiniz?

Öz həyatımdan dəli fikirlərimi çıxarmaq istərdim. Çünki bu məni cəmiyyətdən uzaqlaşdırır. Nəyi əlavə etməyə qaldıqda isə, NİFRƏTi. Heç cür dərk edə bilmirəm bu sözü. Nifrət nə olan şeydir? confused

12. İndiki ağıl və dünyagörüşü yeniyetməlik vaxtı olsaydı, o zaman hansı peşəni seçərdiniz?

Yaşım 21ə daha da yaxınlaşsa da, məncə, men hələ də yeniyetməlik dövründəyəm (deyəsən)...
(Yolunu azmış bir bəndəyəm
Hamı belə deyir.smile )
Amma bir şeyi dərk edirəm ki, dünyaya baxışım məni çox insanlardan uzaqlaşdırır. Çünki cəmiyyətin içində, çox insanlarin fikirlərində anormal birisi kimi yadda qalıram, yəqin. Peşəmə qalanda peşiman deyiləm. Uşaqlıqdan arzum molekulyar biologiya olub. Hansı ki, bizim fakültədən bu çətin idi. Amma indi əlimə bu imkan düşüb. PZR. grin Həmişə kəşf etməyi sevmişəm. Məktəb vaxtı kimya laborotoriyasından kolbaları ogurluyurdum, ordakı maddələri gətirib evdə reaksiya aparirdim özümdən. ve s. Eeee... Çox olub eksperimentlərim. grin Arzum olub nəyisə kəşf edim, NOBEL mukafatı alım. grin Amma indi, daha çox bilmək istəyirəm. Daha alternativ variantlar. İT sahəsinə maragım artıb. Bir neçə layihələrim var AZnetdə. Amma DEMIYƏCƏM! evil

13. Sizcə, pulun hansı yolla qazanılmasının fərqi varmı?

Elbəttə ki... Halal yolla qazanılmalı pul.

14. Master Yoda kimdir? Ona münasibətiniz?

Bilmirdim. Amma indicə bu suala gəlincə, google-də axtarış verdim və belə alındı ki, Master Yoda "Star wars" filmindəndir. Əlavə məlumat vermiyəcəm. Çünki bu filmə baxmamışam.

15. Millət olaraq Tarix dərsindən nəsə öyrənə bilirikmi?

Məncə çox az. confused

16. Azərbaycan futbolunun inkişafının reseptini bilirsənmi?

Futbola heç marağım yoxdur. Bu futbolu görəndə qıcıqlanıram. mad Amma resepti məncə o olar ki, oyunçular ancaq özlərini düşünməsin. Kimin ayağına top düşdü, özünü zor göstərmək istəyir. Pas atıncaya qədər də artıq ona "pas" atırlar.
Bu həyatda da belə olmalıdır. Əgər biz ancaq özümüzü düşünsək, onda nə mən qabağa gedə biləcəm, nə sən.

17. Hansı millətin nümayəndəsi olmaq istiyərdin? Niyə?

Men azərbaycanlıyam!

18. Hal-hazırda hansı kitabı oxuyursunuz?

Hal-hazırda imtahana hazırlaşıram. grin Bir sözlə öz tibbi kitablarımı.

19. Hansı dilləri bilirsiniz və hansılarını bilmək istərdiniz?

Azəri dilini bilirəm, deyəsən. Sonra az-çox rus dilini. (buna bilmək demək olarsa). Bir de... Heç birini.
grin Ingilis dilini, alman dilini, ispan dilini bilmək istərdim. Amma fikrim var ki, yaxın gələcəkdə ingilisə başlıyım.

20. QANE ETDİ CAVABLARIM? wink

May 9, 2008 17:23
5
EsmaNur yazıb:

Öz blogunuzda yayımlayacaqdınız. smile deyesen blogları takip etmirsinizsmile

May 9, 2008 17:37
6

Ola bilər, Esmanurun anası. Əgər belə idisə bunun qanunları, mən öz blogumda yayımlamazdım. İyiki bura yazdım. Əgər istəsəz silə bilərsiz. cool no problem. smile

May 9, 2008 17:45
7
Ramin yazıb:

EsmaNur xanım bu oyuna görə sizə təşəkkür edirəm. Yeni suallar əlavə etmək bilmirəm kimin təşəbbüsüdür.)) Deyəsən Vüsal Məmmədovun. Oyun isə bitməsin, digər bloqlara yayıla-yayıla getsin. Bununla bərabər yeni oyunlar da başlansın, nə olar ki?

Vüsal, mən də sevindim!))

Безумец, bəli qanı etdi. Maraqlı cavablar vermisiniz. Oyunun qaydalarını burda oxuya bilərsiniz: http://qadinca.azeriblog.com/2008/04/29/bloglar-arasi-oyun. Mən sizin cavablarınızı pozmayacam. Burda olması mənə heç bir problem yaratmır.

May 9, 2008 18:10
8
EsmaNur yazıb:

Oyun davam etsin,amma suallar artır ve ele suallar var ki bezi blogcular onlara cavab vermeden qalır. yani müeyyen suallar bitsin,sonra yeni başqa mövzularda suallar yaransın ve yeni oyun başladılsın.inşallah bu sefer anlata bildim smile

May 10, 2008 14:55
9
Həsənəlizadə Ramin yazıb:

Başa düşdüm sizi Esmanur xanım! Meslehet sizindir.)))

May 11, 2008 13:25
10
EsmaNur yazıb:

estağfurullah efendim wink

May 13, 2008 12:53
11

hmmm... confused

May 23, 2008 16:06
12
Həsənəlizadə Ramin yazıb:

безумец, anlamadım sizi. Narazılığınız zadınız var?

May 23, 2008 23:31

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com