Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 50
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 142
  • Ümumi hit: 31261

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

Azeriblog.com pulsuz bloq xidməti haqqında.

May 9, 2008 17:46
Həsənəlizadə Ramin

 

Elimiz Online IT Group” şirkətinin yaratdığı azeriblog.com saytı ilə mən nisbətən təzəlikcə, amma, gördüyünüz kimi, yaxından tanış olmuşam. Yəni burada bloq açmışam və azdan-çoxdan (düzünü desək, təəssüf ki, azdan, nəinki çoxdan) fəaliyyət göstərirəm.

 

Saytın əsas səhifəsində hamı görə bilər ki, artıq 3500-dən çox bloq və 31600-dən yuxarı yazı mövcuddur. Sevindirici haldır ki, bloqların sayı artır və yazılar da çoxalır. Bunların içində faydalı və maraqlı yazılar (çox olmasa da) var. Nə isə, bloqlar haqqında mən daha sonra və daha ətraflı yazı yazacağam, burda isə, mən istərdim sırf azeribloq.com xidmətinin bəzi müsbət və mənfi cəhətlərini qeyd edim. Əlbəttə ki, qeyd edəcəyim cəhətlər yalnız və yalnız mənim şəxsi fikirlərimdir.

 

İlk növbədə demək lazımdır ki, bu saytın internetdə sadəcə mövcud olması, özü-özlüyündə böyük bir dəyərdir. Yəni, bu cür xidmətin Azərbaycan dilində olması, məncə bizim hamımıza çox lazımdır. Bu sayt AzNetdə bloqosferanın inkişaf etməsinə geniş imkan yaratdı.

 

Yaxşı, gəlin keçək əsas məsələyə. Bu bloq sistemində idarəçiyə (bloqçuya) verilən geniş səlahiyətlər mənim çox xoşuma gəlir. Bloqçu üçün bloqun bütün kodları açıqdır. Bundan əlavə, idarə etmə panelində də geniş imkanlar vardır. Sözsüz ki, bunlar müsbət cəhətlərdir. Üstəlik, azeriblog.com saytının bütün səhifələri sadə olduğundan tez yüklənir. Bu bloqçuların öhdəsinə verilən bloq görünüşlərinə də aiddir. Başqa müsbət cəhətlər də var, hansılar ki, ümumiyyətlə digər bloq sistemlərinin də bir çoxunda var və fikrimcə olmalıdır da. Təəssüf ki, bunlarla xidmətin üstünlükləri və müsbət tərəfləri bitir (halbuki, bunlar da az deyil).

 

İndi isə keçək mənfi tərəflərə. Burda mən gərək qeyd edim ki, məni səhv başa düşməyin, azeriblog.com-un mənfi tərəflərini deməklə, mən onu pisləmək istəmirəm, əksinə onun yaxşılığını və inkişafını istəyirəm. Xüsusən ona görə ki, mənim də bloqum bu saytdadır. Əsas çatışmamazlıq saytın və bloq görünüşlərinin olduqca zəif və kobud dizaynıdır. Üstəlik bloq görünüşlərinin bir çoxunun kodlarında qüsurlar var və bu qüsurlar nəticəsində yazılarda böyük hərflər kiçik hərflərlə əvəz olunur. Yəni ki, cümlələr, şəxsi adlar, toponimlər və s. böyük hərflərlə yox kiçik hərflərlə başlayır. Davam edək. Bloqlar açılanda düz 2 dəqiqə bloqun sol yuxarı küncündə reklam banneri görsənir. Həmən bu reklam banneri bəzi bloq görünüşlərində istifadəçi şəklinin düz üstünə düşür. Bunu da heç cürə müsbət cəhət adlandırmaq olmaz. Bloqlarda reklam vermək əvəzinə, azeriblog.com saytının əsas səhifəsində reklam yerlərini artırmağı məsləhət görürəm. Saytın və bloq görünüşlərinin dizaynına ciddi diqqət verilməlidir. Bunu saytın idarə heyyətindən hədsiz dərəcədə xahiş edirəm. Dizayn məsələsini peşəkarların öhdəsinə, yəni, nüfuzlu dizayn stdiyasına versəniz daha yaxşı olar. Bloqların dizaynı sadə, funksional və eyni zamanda göz oxşayan olmalıdır.

 

Bunlar mənim nəzərimdən qaçmayan nüanslardır. Azeriblog.com-un daha da inkişafı diləyi ilə, ugurlar!


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(13)
274 dəfə oxunub
bölmə: İnternet
açar sözlər: azeriblog.com dizayn bloq blog 

1

Bunu əvvəla Fərhad Əsgərzadənin oxuması və rəy bildirməsi çox maraqlı olardı. Üstəlik də bu tərz bir müsbət-mənfi yazısını Azeriblog.com"u çoxdan istifadə edənlər də yazsa sistemin inkişaf etdirilməsi üçün yaxşı olardı. Milli blog sistemimizə uğurlar... Bizi də üzrlü hesab edin grin

May 10, 2008 0:15
2
Həsənəlizadə Ramin yazıb:

Üzrə ehtiyac yoxdur, bu hərənin öz işidir.)) Diqqətə görə çox sağ ol!

Əlbəttə ki, Fərhad Əsgərzadənin fikrini bilmək çox maraqlı olardı. Ümumiyyətlə bütün bloqçuların bu barədə rəylərini bilmək maraqlı olardı. Buyurun yazın.

May 10, 2008 0:50
3
Şəbnəm yazıb:

Maraqlı mövzudur.

shocked smile evil grin question lol rolleyes mad
wink razz confused redface cool suprised cry sad

Bu smile-lar varee, mənim dərdim onlardır, he he)).. Zarafat bir yana, bilirsiz, məsələ nə yerdədir? Hər hansısa bir mövzuya şərh yazıram və necə deyərlər, bəzən uzun-uzadı alınır və yaza-yaza gedirəm. Yazıb qurtardıqdan sonra bir daha oxuyuram və smaylik əlavə etmək istəyirəm. Kursoru smile əlavə etmək istədiyim yerə qoyuram və istədiyim smile basıram. Amma, hər zaman smile nədənsə yazının axırına düşür və mən onu ya köçürüb, yerləşdirirəm, ya da klaviaturada smilenin kodunu yığmalı oluram. Bilirəm bu belə də böyük bir problem deyil. Amma, yenə də ...

Azeriblog.com-a uğurlar.

May 10, 2008 1:16
4
EsmaNur yazıb:

http://buzz.azeriblog.com/2008/03/18/bizden-sual-sizden-teklif#comments

Bu linke de baxa bilerisniz..

May 10, 2008 15:01
5
Ruzigarim yazıb:

Smaylikləri əvvəldən qoymaq lazımdır grin Bax belə grin
Amma zarafatsız hər şey o qədər də pis deyil, mən əminəm ki, daha da inkişaf edəcək.
Amma 1 təklifim(şikayətim) var(mənim də):
Blogların kataloqunu bir qədər sadə etsinlər ki, bloqun qonaqları üçün də asan olsun, elə bizim üçün də smile

May 10, 2008 15:37
6
Həsənəlizadə Ramin yazıb:

Esmanur, mən bilmirdim belə mövzunun olmasını, təşəkkür edirəm ki, dediniz. Amma, tekliflər, şikayətlər bura da yazılsın, ora da, eybi yoxdu. Bircə Fərhad bəyə xəbər etmək lazımdır ki, arada bura da baxsın.))

May 11, 2008 13:23
7
Fərhad yazıb:

grin çox gözel
diqqətiniz və fikirləriniz üçü çox saqolun wink
məncə sizin blogınız Azəriblogda oldıqı üçün müsbət cəhətlərin bir az ağır edibsiz. biz elə fikirləşirik ki Azəriblogın daha bundan çox mənfiləri var. günbəgün blogda yenilik etməyə çalışırıq və umidvarım ki azəri blog ən qısa zamanda elə olsun ki onun istifadəçilər isteyir.
Bütün istifadəçilər üçün uğurlar wink

May 12, 2008 20:24
8
Həsənəlizadə Ramin yazıb:

Siz də sağ olun! Səbirsizliklə yenilikləri gözləyirik.))

May 12, 2008 23:51
9
babek yazıb:

salam,
sizden teshekkurler ki menim bloguma baxib ve sherh yazibsiz.sagolasiz.menim eslinde telashim budu ki iki azerbaycan milleti birbirinnen airy galmasin ve irtibatlary olsun.sizinde bloguz chox gozeldi.

May 19, 2008 8:54
10
Həsənəlizadə Ramin yazıb:

Dəyməz Babək siz də çox sağ olun!

Deyəsən bloqların yuxarı sol küncündə olan reklam nəhayyət ki yığışdırıldı! Hamımızı bununla təbrik edirəm)). Hiss olunur ki, ləng olsa da irəliləyiş var.

May 31, 2008 15:28
11
Fərhad yazıb:

Ramin qardaş sol tərəfdə çıxan reklamlar biz üçün çox önəmlidir. ona bir yeni imkan əlavə etmişik ki kimsə istəsə hər zaman reklami səhifədə baqliya bilər.

saytda irəlilər və yeniliklər üçün çox təlsməyin. inşallah gözəl yeniliklərimiz olacaq
wink

İyun 3, 2008 22:27
12
Həsənəlizadə Ramin yazıb:

Fərhad, deyəsən sevinməyə tələsdim))). Bir gün həmən reklamlar görünmürdü, elə bilmişdim ki, yığışdırmısınız. Reklamı bağlamaq imkanını çoxdan müşahidə etmişəm, çox sağ ol! Səbirsizliklə başqa yenilikləri də gözləyirik.)) Uğurlar!

İyun 3, 2008 22:41
13
Həsənəlizadə Ramin yazıb:

Azeriblog.com sistemi üçün yeni bloq görünüşləri hazırlanıb. Onları yükləmək üçün http://theme.azeriblog.com/ bloqunu ziyarət etməlisiniz. Təəssüf ki, bu yeni görünüşlər bloqların menyusunda olan "bloq görünüıləri" siyahısına daxil olmayıblar.

İyun 11, 2008 14:36

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com