Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 35
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 85
  • Ümumi hit: 31204

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

Mən siqareti necə atdım və Allen Karrın “Siqaret atmağın asan üsulu” kitabı haqqında

May 20, 2008 19:08
Həsənəlizadə Ramin

 

Sankt-Peterburq, 2007-ci il, yanvar ayının 4-ü. Daha doğrusu 5-i, gecə saat 12-1 arası idi. Mən, metro ilə evə qayıdırdım. Vaqon demək olar ki, boş idi və mən rahatlıqla oturacaqda oturmuşdum. Nə yaxşı — əllərimi kurtkamın ciblərinə saldım və fikirləşdim ki, bu saat evdə, yorğanın altında, öz yerimdə olmaq daha da yaxşı olardı. Sol əlim cibimdə olan evin açarlarına, sağ əlim isə siqaret qutusuna toxundu. Yadıma düşdü ki, qutuda bir dənə siqaret qalmalıdı — onu metrodan evə gedənə kimi çəkərəm, bu günü görər, səhər də ki, yenisini alaram.

 

Elə fikirləşə-fikirləşə qutunu çıxartdım və siqaretin orda olmağına əmin olmaq üçün açdım. Siqaret yox idi, qutu bom-boş idi... Mən bir az narahatçılıq hiss elədim — bəs necə?! Nə isə, yoxdu yoxdu da. Amma narahatçılığım artırdı, çünki, düşəcəyim metro stansiyasında dükan yox idi. Qubernator Matviyenkonun əmri ilə bütün metro stansiyalarından və yeraltı keçidlərdən dükanlar yığışdırılmışdı. İt qızı — fikirləşdim mən, — dayanacaqlardakı dükanları yığışdırdın bəs deyil, gərək bunları da yığışdırasan, bəs camaat siqareti hardan alsın?! Metrodan bir az aralıda “24 saat” dükanı olmalı idi, yolüstü olmasa da keçib ordan alaram deyə düşündüm və bir az rahatlaşdım. Amma, başımda yenə də, “birdən orda siqaret qurtarıb, birdən dükan bağlı olar” kimi fikirlər fırlanırdı. Mən kimdənsə siqaret istəməyi bacarmıram. “At deyil, dəvə deyil” məsələsi yadıma düşür və utandığımdan heç kəsə yaxınlaşıb, ondan siqaret istəyə bilmirəm. Halbuki, məndən kimsə yaxınlaşıb siqaret istəyəndə, buna pis baxmıram və siqaretim varsa verirəm.

 

Belə düşünə-düşünə metroda gedirdim. Artıq 7 ildən çoxdur ki, mən siqaret çəkirəm. Bəzən, atmaq istəyirdim, amma 1 gündən çox siqaretsiz dözə bilmirdim və yenidən çəkməyə başlayırdım. Bu zəifliyimə, iradəsizliyimə görə özümə nifrət edirdim, amma, yenə də çəkirdim.

 

“Stansiya Leninskiy prospekt” səsi, mənim düşüncələrimi kəsdi, mənim stansiyam idi. Çıxdım. Mənlə bərabər çıxanlardan bəziləri dayanıb siqaret yandırır və tüstüsünü dərin nəfəslə içlərinə alaraq yollarını davam edirdilər. Mən isə paxıllıqla onlara baxıb “24 saat” dükanına yönəldim. Dükana gedə-gedə, siqaretdən aslı olmağım və iradəsizliyim məni gecə vaxtı yolumdan edir deyə düşünürdüm. Dükan bağlı olsa, siqareti atacam, — artıq neçənci dəfədir ki, özümə söz verirdim. ”Bağlıdır”. Dükanın qapısında kartonda yazılmış elan var idi. Həyat sanki, məni sındırmaq istəyirdi. Ya da, əksinə, mənə bir dənə də şans verirdi ki, — buyur heç olmasa indi sözündə dur. Mən isə, — bəs indi neyləyim, hardan alım deyə fikirləşirdim. Yaxında başqa dükan yox idi, həm də, hava soyuq idi və uzaq getməyə istəyim də yox idi. — Yaxşı atıram, yəqin bu doğrudan da işarədir ki, artıq bəsdir çəkdin! Üçcə gün dözə bilsəm, atacam deyə getdim evə. — Sabah heç hara getmək lazım deyil, evdən çıxmaram və siqaretsiz bir-təhər dözərəm, sonra da baxarıq. Əslində ayın 8-nə kimi heç hara getmək lazım deyildi, çünki Rusiyada yanvarın 1-dən 7-nə kimi tətil olur, hər yer bağlı olur və demək olar ki, heç kəs işləmir.

 

Səhər yuxudan oyananda siqaret çəkmək istəmirdim, mən yuxudan duran kimi siqaret çəkənlərdən deyiləm. Gərək çay içim, yağ-pendir-çörək yeyim, sonra isə siqaret çəkim. Amma, bu dəfə siqaret yox idi və dünənki qərarımdan dönmək istəmirdim. Axşama kimi bir-təhər dözdüm. Siqaretsiz yuxuya getmək isə artıq çətin idi. Mən bütün gecəni yuxusuz olaraq o yana, bu yana fırlana-fırlana keçirdim və səhərə yaxın yuxuya getdim. Telefon səsi məni oyatdı. Zəng edən dostum Vüqar idi.

 

— Alyo!

— Alyo, salam məleykü!

— Əleyküm!

— Yatmısan?!

— Yox dururam artıq, nə idi ki?

— Heç, elə-belə. Nətərsən, nə var, nə yox?

— Sağlıq, sağ ol. Səndə?

— Belə də, dığırranırıq yavaş-yavaş. Vaxtın olsa hərrən, gəl biz tərəfə.

— Yox ay Vüqar, siqareti atıram, çıxsam qorxuram çəkərəm. )))

— ))) neçə gündür?

— İki.

— ))) Allah köməyin olsun. Yaxşı, sağ ol. İstəsən gəl.

— Oldu. Sağ ol!

 

Telefondakı saata baxdım, saat 1-ə qalmışdı. İntası heç durmaq istəmirdim. Özümü əzilmiş pomidor kimi hiss edirdim. Durdum. Başım gicəllənirdi. Getdim hamama, suyu açdım və güzgüyə baxdım, ordan mənə yaşıldan göyə çalan bir sifət baxırdı. — Koppolunun siqareti, gör məni nə günə salıb! Əl-üzümü yuyub keçdim mətbəxə. Yemək yeyəndən sonra qarnım dolsa da özümü doymuş hiss etmədim. Ciyərim yanırdı siqaret üçün. Başım gicəllənirdi, hər şeyi sanki, duman içində görürdüm. Mən getdim otağa və yerimə uzandım. Bütün günümü belə, çarpayıda keçirtdim. Yalnız yeməyə dururdum. Yeri gəlmişkən, iştahım da elə açılmışdı ki, hər 1-2 saatdan bir acırdım, durub yeyirdim, amma, yenə də özümü doymuş hiss eləmirdim, elə bil çörəksiz yemişəm.

 

...Yenə bir gün başladı. Əziyyətimin 3-cü günü və bu günkü gün mənə öskürək gətirdi. Öskürəkdən boğulurdum, qızarırdım, boğazım cırılırdı, amma, öskürək dayanmırdı. Mən bilirdim ki, bircə dənə siqaret çəksəm öskürək kəsər və mən də yüngülləşərəm, amma, dözürdüm. Fikirləşirdim ki, bunlara dözə bilsəm, sonra asan olacaq. Demərəm ki, çox əziyyət çəkirdim, yəni, heç bir ağrı zad yox idi, intası, bəzən, siqaret çəkmək istəyi məni sanki, dəli edirdi. Beynim gicişirdi, yaman əsəbi idim və hər şeyə hirslənirdim.

 

Yanvarın 8-i. Bu gün mən işə getməliyəm. Nəhayət, küçəyə çıxdım. Təmiz şaxtalı hava başımı gicəlləndirdi və mən dərindən nəfəs aldım. Siqaret istədim, lakin, bu üç gündə çəkdiklərim hələ yaddan çıxmamışdı, onların boşa getməsini istəmirdim. Bir həftə çəkməsəm atacam deyə düşündüm və getdim işə. Bir həftə ərzində elə də əziyyət çəkmədim, düzdür, bəzən, içimdəki siqaret çəkmək istəyi ciyərimi yandıraraq məni dəli edirdi, amma, mən fikrimi başqa şeyə yönəldərək özümü ələ alırdım. Bəzən isə yuxuda görürdüm ki, siqaret çəkirəm və qorxudan oyanırdım. Artıq siqaretdən aslı olmaq istəmirdim, azad olmaq istəyirdim.

 

Bir həftə keçdi və siqareti atmaq mənə artıq mümkünsüz gəlmirdi. Bu günlərdə getdim qohumum Azərin yanına. Azər həmişəki kimi öz dükanında idi, biləndə ki, mən siqareti atmışam, soruşdu:

 

— Sən də kitabı oxumusan?

— Hansı kitabı?

— “Siqareti atmağın asan üsulu”

— Yox oxumamışam. Amma, oxumaq istərdim. Sən də atırsan ki?

— Yox bu))).

 

Azər, satıcı Vovanı göstərdi. Əslində Vova siqareti atmaq istəmirdi, kitabı oxumaq da fikiri yox idi. O kitabı ona hansısa tanış qız vermişdi ki, oxusan o saat siqareti atacaqsan. Qız kitabı yaman tərifləyibmiş və dediyinə görə guya özü siqareti bu kitabı oxuduqdan sonra atıbmış. Mən kitabı Vovadan aldım.

 

Kitab həqiqətən maraqlı və faydalı çıxdı. Yəni, belə deyək ki, bəzi şeylərə adamın gözünü açır. Onu oxuduqdan sonra mən artıq bilirdim ki, bir daha siqaret çəkməyəcəm.

 

***

 

Mən artıq 1 il 4 ay və 15 gündür ki, siqaret çəkmirəm. Allen Karrın “Siqaret atmağın asan üsulu” kitabı həqiqətən də siqareti atmaq istəyənlər üçün yardımcı ola bilər. Amma, siqareti atmaq qərarınız gərək qəti olsun. Hər şey sizin özünüzdən aslıdır. Bu kitab bir psixoanalitik kimi insanı (oxucunu) o fikrə gətirir ki, siqareti atmaq heç də çətin deyil və hər kəs istəsə onu rahatlıqla ata bilər. Bu kitab Fazil Hüseynov tərəfindən Azərbaycan dilinə də tərcümə olunub. Onu hətta internetdən də yükləmək olar. Fərhad Hüseynov bu kitabı elektron vəsait kimi hazırlayıb və öz fərdi saytında yerləşdirib. Buyurun yükləyin, oxuyun və siqareti atın!


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(19)
330 dəfə oxunub
bölmə: Kitablar, Müxtəlif
açar sözlər: siqaret kitab allen karr 

1
Daglar qizi yazıb:

Oxudum ve beyendim. Yazinin stili cox xosuma geldi, gulmelidi ve rahat oxunur. smile
Yene yaz! gozleyirem..

May 21, 2008 1:22
2
Ramin yazıb:

Çox sağ ol! ))

May 21, 2008 9:24
3

Ramin həqiqətən həm verilən mesaj, həm də yazının üslubu və davamlılığına görə alqış düşür sənə.

Çox bəyəndim. Bir İTişnik üçün belə axıcı yazmaq əminəm ki, hələm hələm olan şey deyil.

Üstəlik də ki, siqaret atmaq istəyənlərə əməlli iradə aşılayar. Gözəldir!

May 21, 2008 19:19
4
EsmaNur yazıb:

Allah razı olsun.Evveller siqaret çeken sonra qızım dünyaya gelecek deye siqareti atan amma indi deliler kimi siqaret çekmek isteyen biri olaraq bu işime yarayacaq inşallah.

Siqareti atmaq üçün,güclü irade lazımdır,o da ki mende yox sad

Teşekkürler yene de,yoldaşımla birlikde oxuyacağam

May 22, 2008 12:06
5
Həsənəlizadə Ramin yazıb:

Vüsal, lap utandırdın məni)). Çox sağ ol! Hamınız çox sağ olun! Sizin fikirləriniz və verdiyiniz qiymətlər mənim üçün çox dəyərlidir.
EsmaNur xanım, siqreti atmısınızsa başlamayın, sonra peşman olarsınız. Deyirsiniz ki, "siqareti atmaq üçün,güclü iradə lazımdır,o da ki məndə yoxdur", xeyir xanım sizdə iradə var, axı siz siqareti atmısınız! Sadəcə bir daha başlamayın. Hər halda kitabı oxuyun, ümid edirəm ki, sizə və yoldaşınıza faydalı olar.

May 22, 2008 15:18
6

Qəşəng yazırsan qəşəng də dəyər alır da qardaş. Burda nə var ki? smile

Ramin indi - siqareti atandan 1 il 4 ay və 20 gün sonra canın siqaret istəyəndə neynirsən? Şükr vallah siqaret deyə bir həvəsim yoxdur smile

Ayşə xanımın da ki hər yeni şərhiylə şok oluram da smile Siqaret çəkibmiş əvvəllər... Hayret! smile

May 25, 2008 18:33
7
Ramin yazıb:

Vüsal, şükr Allaha artıq siqaret istəmirəm, azad oldum bu istəkdən.

May 26, 2008 0:17
8

Əla! Demək ki, istəyəndə olur.

May 26, 2008 1:37
9
EsmaNur yazıb:

Vüsal a,q Bakıda bu bir az pis qarşılandığına göre şok olursunuz deyesen rolleyes

amma burda demek olarki herkes çekir sad eslinde zeherden başqa bir şey deyil bilirem ,ne edim tergitmek çetindir sad
Men bu zehrimarı bir tek qızım üçün atmışam,gerek onun sağlamlığı üçün de başlamayam.

May 26, 2008 10:34
10

Ayşə xanım mən onun bunun fikrini qəti vecinə almayan adamam. Artıq Bakıda da pis baxmaq məsələsi buxar olur yavaş yavaş. Sadəcə siqaret çəkməklə sizi asosiasiyalaşdıra bilmirəm. Bəslədiyim hörmətdəndi yəqin wink

Amma sizin ona qayıtmaqdan cayacaq iradəni göstərəcəyinizə şübhəm yoxdu. Artıq sizi çəkən nikotin deyil, bunu da bilin. Vərdişdi, bəlkə ətrafdakıların çəkməsidir, daha çox psixoloji amillərdir.

Siz bunun öhdəsindən gələrsiz!
Ramin yol yolağasını göstərir də smile

May 26, 2008 11:28
11
Ruzigarim yazıb:

Əla. Həm yazının üslubu, həm də faydalılığını nəzərə alıb çox dəyər verdim.
Ümumiyyetlə, Ramin səndə yaxşı alınır belə, tez-tez yaz smile

May 27, 2008 22:18
12
Mehman yazıb:

Men oxudum cox beyendim. Amma men bunu oxuyanda artiq 2 gundi ki siqaret cekmirem yeni siqareti atmisham. Cekenlerede meslet bilirem. Bu mende birden oldu. Reski atdim heleki yadimada dushmir 4 il idi ki cekirdim. Gece yol ile gelirdim siqareti cekdim sora ise elimnen deshetli iyin gelmesini hiss etdim. Sora oz ozme dedim saba da cekmeyecem vso.

May 28, 2008 22:54
13
Həsənəlizadə Ramin yazıb:

Ruzigarım, təşəkkür edirəm! Çalışacam imkan daxilində tez-tez yazım)).

Mehman, sizi təbrik edirəm siz də bu zəhrimardan canınızı qurtardınız!)) Çalışın yenidən başlamayın.

May 30, 2008 16:17
14
Vuq@r yazıb:

Oxudum xosum geldi.Men de siqareti tergitmek isteyirem.Ama alinmir.Bilirem ki alinar mende.Senin kecirdiyin hissleri oxuyanda ele pis oldum ki .Bir zamanlar men de tergitmek istedim ve hemin hissleri kecirmisdim.Men de 2 gun siqret cekmeseydim tergiderdim.Ya gerek ozumu kravata bagliyim ki cekmeyim ya da siqaretsiz bir muhite gedim .
yazi diliniz axicidir.Adam oxuduqca oxumaq isteyir.Sene islerinde ugurlar

Hormetle Vuqar

İyun 4, 2008 23:10
15
Həsənəlizadə Ramin yazıb:

Təşəkkür edirəm Vüqar! Siqareti atmaq istəyirsinizsə, atarsınız inşallah. Amma bnun üçün gərək nəsə edəsiniz, ilk növbədə atmaq istəyinizi möhkəm edin, sonra atmağa başlayın - məncə, elə daha asan olar. Üstəlik də ki, kitabı oxumağı məsləhət görürəm. Hər şey sizin öz əlinizdədir.)) Sizə də uğurlar!

İyun 4, 2008 23:40
16
Vuq@r yazıb:

Kitaba gore sag ol.Yukledim.Gunu sabahdan oxuyacam.Cunki dunyada yegane seydir ki insana hem menevi ziyan hem de maddi ziyan verir.Allah komek olsun.Men bir daha prob eliyecem.

İyun 5, 2008 0:06
17
Ramin yazıb:

Sizə də Allah kömək olsun! İnşallah bu də fə alınar. Bir daha uğurlar!

İyun 5, 2008 9:45
18
Orxan yazıb:

Indi vəziyyət necədi? smile

Avqust 27, 2008 16:57
19
Həsənəlizadə Ramin yazıb:

Sual mənə ünvanlanıbsa, pis deyil, Orxan, çox sağ olun ki soruşdunuz.))) Yəni indi də çəkmirəm.

Avqust 27, 2008 17:08

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com