Reklam verin!

Axtarış

Bölmələr

Peyk TV antennaların satışı və quraşdırılması

Abunə ol!

Sayqaç

  • İndi blogda: 9
  • Keçən ayın hiti: 11796
  • Dünənki hit: 678
  • Bugünki hit: 329
  • Ümumi hit: 60947

Azəri Blog Birliyi

Yay işləmək vaxtıdır!

İyul 26, 2008 19:18
Həsənəlizadə Ramin

 

QWERTY nikli bloqçunun və Mak.az forumunun fəal iştirakçısının İMHO bloqunda maraqlı yazıya rast gəldim. Bu yazıda gənc mütəxəssislərə və tələbələrə gələcəkdə karyera qurmaq və yaxşı bir yerə işə düzəlmək üçün faydalı məsləhətlər verilir. Mən isə, işə girib, artıq işləyənlərə məsləhət vermək istəyirəm.

 

Yay – tətil, məzuniyyət vaxtıdır, bu isti aylarda çox adam işləmək əvəzinə istirahət etmək istəyir. Lakin, çox vaxt elə olur ki, yayın ən yaxşı, ən qızğın ayları məzuniyyətə gedənlər köhnə işçilər olurlar. Təzə işə düzələnlər, gənc işçilər isə, onları əvəz etməyə məcbur olurlar. Müəyyən vaxt ərzində bu gənc işçilər öz əsas işindən, vəzifəsindən əlavə, məzuniyyətdə olan bir, bəzən iki və hətta üç kolleqasının vəzifəsini yerinə yetirməyə məcbur olurlar. Sizinlə belə olub? Çətin olur deyilmi? Əslində isə buna sevinmək lazımdır! Bu vaxt – təsəvvür edilməz karyeranın bünövrəsini qoymağın əsl vaxtıdır!

 

Sizin məzun kolleqalarınız dənizdə çimib, çimərlikdə uzanan, isti qumda sərilib, özlərini günə verib həzz alan, sərin ofisdə ağarmış bədənlərini günəşin altında qaraldan zaman, siz ofisdə dəli kimi o yana, bu yana qaçacaqsınız, bir əlinizlə klaviaturada işıq sürəti ilə kor-koranə mətn yığa-yığa, digəri ilə printerə kağız yükləyərək, çiyninizlə telefonu qulağınıza sıxıb müştəri ilə danışıq aparacaq və eyni zamanda sağ ayağınızın üstündə dayanıb sol ayağınızla digər müştəriyə faksla ticari təklif göndərəcəksiniz. Bu işləri yerinə yetirəndən sonra, sizə təcili olaraq hesabat etmək və ya hansısa tədbirin smetasını hesablamaq, gedib ofis ləvazimatlarını almaq, axşam evə gedəndə isə, yolüstü, bank bağlanmamış, ödəniş zəmanətlərini aparmaq lazım olacaq. Və beləcə də hər gün… Yay üçün arzuolunmaz perspektivdir, deyilmi? Amma, bunun yaxşı tərəfi də var! Bu bir-iki qaynar ayı istifadə edib, özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Əgər bu qısa müddət ərzində siz özünüzü intizamlı, vahiməyə düşməyən, çətinlikllərdən qorxmayan və vaxtınızı işlərin vacibliyindən asılı olaraq müəyyən edən bir əməkdaş kimi göstərsəniz, bunu mütləq görəcəklər və çox güman ki, sizin məzuniyyətinizdən qabaq sizə daha yüksək vəzifə təklif edəcəklər. Bu təklifi məzuniyyətdən bir neçə gün öncə edirlərsə, bu o deməkdir ki, sizi qiymətləndiriblər və sizi itirmək istəmirlər, çünki çox adam məzuniyyət vaxtı özünə başqa iş axtarır. Əgər belə bir təklif edilməyibsə üzülməyin, sizin məzuniyyət zamanı təzə iş tapmağa vaxtınız olacaq. Çox güman ki, siz onu tapacaqsınız da, axı siz yeni biliklər və qiymətli təcrübələr əldə etmisiniz (sol ayaqla faks göndərməyi hər adam bacarmır).

 

Belə də ola bilər ki, siz məzuniyyətdən sonra qayıdanda biləcəksiniz ki, sizi daha yüksək vəzifəyə keçirmək istəyirlər, bu halda sizin artıq seçiminiz olacaq: təzə işə getmək, yoxsa köhnə işdə yeni vəzifəyə keçmək.

 

İnanın ki, yay gənc mütəxəssis üçün yaxşı bir şansdır! Mən iş həyatına qədəm qoyduğumdan bəri belə bir vəziyyətlə iki dəfə qarşılaşmışam və hər ikisində də vəzifəm yüksəlib. Bilmirəm, bəlkə, sadəcə bəxtim gətirib, amma, məncə bu həyatda heç nə təsadüf deyil. Buna görə də gənclər, məqsədiniz zirvədirsə, bilin ki, yay – işləmək vaxtıdır!


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(13)
299 dəfə oxunub
bölmə: Müxtəlif
açar sözlər:  məzuniyyət yay karyera kolleqa 

1
Ruzigarim yazıb:

smile Ramin sen de bele tez-tez yazarmishsan)))
Men bu yay islemeye davam edirem. Amma yeqinki senin meqalenin menim ishime ele bir aidiyyati yoxdur.
Bu arada bir "atalar sozu" yadima dushdu: Oz sehvlerin uzarinde oyrenirsen , basqalarinin sehvleri uzerinde ise karyera qurursan grin

İyul 26, 2008 19:51
2
Həsənəlizadə Ramin yazıb:

Salam, Ruzigarım! Niyə sənin işinə aidiyatı yoxdur ki? İş işdir, məncə hər yerdə elədir...

İyul 27, 2008 14:06
3
Leyla yazıb:

Yay - deniz vaxtidir!

İyul 28, 2008 0:00
4
Ekrem yazıb:

Salam aleykum. Qardash bu en aktual meseledir. Sen deyen kimi dyeil mende. Cunki men akademiyada 100 manat maasha ishleyirem. Ozu de aile ushaq sahibiyem. Amma bu 100 manat maash menim hec bir terefime catmir. Heqiqeten de indi cox ora-bura qciram ki, ozume bir ish tapim. Gorek de ne olur! Allah bize asan ve bol ruzi qapilari acsin. Amin!

İyul 29, 2008 3:50
5
Həsənəlizadə Ramin yazıb:

Amin!
Əleyküm-əs-salam! Ekrem, bloquma xoş gəlmisiniz! Arzu edirəm ki, yüksək maaşlı yaxşı iş tapasınız! İnşallah taparsınız.

İyul 29, 2008 15:44
6
omid yazıb:

Salam. Bu yazinin Yay işləmək vaxtıdır mən də bu süznən movafegəm ki yay nə isə istirahət vaxti bəlkədə bir dəyərly vaxt di ki adam üz yeqilmiş işlərinə yetışə Ya da bir taza iş fikrin də ola ama heif ki hərnə adamin üz istədigi kimi başa gedmir!!mənim bu Yayim universitada və internet sitəsində seyrə başa gedir.
Uğurlar.

İyul 31, 2008 5:17
7
Həsənəlizadə Ramin yazıb:

Salam Omid! Bloqma xoş gəlmisiniz! İnşallah işləriniz xeyirli olar həm Universitetdə, həm internetdə. Şərhinizə görə çox sağ olun. Bütün işlərinizdə Uğurlar!

İyul 31, 2008 22:31
8

Salam, Əvvəlcə Əkrəmin fikirlərinə münasibət bildirmək istəyirəm. Ailəni dolandırmaq üçün ora-bura qaçmaq yaxşı şeydi. Amma asan qazanılan ruzi bərəkətli olmur deyib böyüklərimiz. Ona görə də məncə çətin qazanılsın amma bərəkətli olsun.
Allah hər kəsə bu yolda yardımçı olsun.

O ki, qaldı yayın iş vaxtı olmasına. Məncə yox. Yay elə əsl istirahət vaxtıdı. shocked

Avqust 2, 2008 13:01
9
Həsənəlizadə Ramin yazıb:

Salam, Mayis! Əlbəttə əməksiz, əziyyətsiz halal pul qazanmaq olmaz, burda səninlə razıyam.))

Avqust 2, 2008 15:26
10
Vuq@r yazıb:

Salam Ramin ..həmişəki kimi bu gün də maraqlı movzu haqqında yazmısan ...Ahhhh bu kariyera ...Mən bir az gənc olduğumdan və ilk kariyera addılarımı atdığımdan bu movzu mənə çox maraqlı gəldi. smile Umumiyyətlə kariyera qurmaq çox məsuliyyətlidir.Hər yay işləyirdim .Ama bu yay nəysə işləyə bilmdim .Maaşlı işləyə bilmədim .İxtisasımla bağlı praktika keçdim.Pulsuz işlətdilərgrin .Bu yay işləməsəm də bu vaxta qədər işləyib qazandıqlarımdan da bərəkətli oldu .Həm öz sahəmdə gözüm açıldı həm də intellektimi inkişaf etdirdim .İndi de maaşlı işləməyə tənbəllik edirəm.Oturaq iş istəyirəm grin ..Umumiyyətlə kariyera üçün əsas 3 şey lazımdır.Ağıl,şans,təhsil....Bunlardan biri çatmayadan insan axsayır..Ağıl olmayadan təhsil və şans nəyə lazım ..İstifadə edə bilməyəcəksən ki ..Ağlın var ,təhsilin də var ...ama şansın yoxdur .bu da bir problemdir ...necə deyərlər
3 in 1....everything is OK ...

Uğurlar sənə smile

Avqust 3, 2008 15:28
11
Həsənəlizadə Ramin yazıb:

Salam Vüqar!
Çox sağ ol! Çox şadam ki sənin praktikan belə faydalı keçdi. Sənə arzu edirəm ki, ixtisasın üzrə yüksək maaşlı iş tapasan və işində irəliləyib zirvələrə çatasan! Sənə də uğurlar və müvəffəqiyyətlər!

Avqust 3, 2008 18:29
12
Ruzigarim yazıb:

Vuqar sen 1 sheyi yaddan cixardin- agil, shans, tehsilden savayi- qlamur da lazimdir. Yeni ki, gorunusun, yerisin, durusun, danisiqin yaxsi tesir bagislamalidir.

Avqust 12, 2008 10:43
13
Ramin yazıb:

Hə düz deyirsən Ruzigarım. İşə qəbul edənlər tərəfindən xarici görünüşə də çox fikir verilir. ))

Avqust 13, 2008 16:26

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com