Reklam verin!

Axtarış

Bölmələr

Peyk TV antennaların satışı və quraşdırılması

Abunə ol!

Sayqaç

  • İndi blogda: 10
  • Keçən ayın hiti: 11796
  • Dünənki hit: 678
  • Bugünki hit: 337
  • Ümumi hit: 60955

Azəri Blog Birliyi

Aleksandr Şirışev | “Sifarişçi tərəfindən qəbul olunmayan”

Avqust 3, 2008 17:44
Həsənəlizadə Ramin

 

Bir dəfə internetdə dolaşarkən maraqlı bir sayta rast gəldim. Bu sayt rus dilindədir və dizayna həsr olunub. Bloqumun daimi oxucuları yəqin ki, mənim dizayna olan xüsusi maraqımı müşahidə ediblər. Bəli — dizayn mənim maraq dairəmdə xüsusı yer tutub, buna görə də mən həmən sayta ətraflı baxdım. Bu sayt Aleksandr Şirışev (Александр Ширышев) adlı bir rus dizaynerin layihəsidir və eldesign.ru adlanır. Aleksandr Şirişev burda dizaynla bağlı məqalələr, yazılar, fikirlər yazır, öz işlərini təqdim edir, dizayna aid maraqlı və faydalı kitablara öz rəyini bildirir. Rus dilini bilənlər bu saytı ziyarət edib onun tərkibi ilə tanış ola bilərlər. Mən isə, bu gün, Aleksandr Şirışevin “Sifarişçi tərəfindən qəbul olunmayan” (orig. “Непринятый заказчиком”) adlı məqaləsinin tərcüməsini təqdim etmək istəyirəm. Gələcəkdə çalışacağam ki, Aleksandrın və digər müəlliflərin maraqlı yazılarını Azərbaycan dilinə tərcümə edib bloqumda yerləşdirim. İndi isə, buyurun:

 

Sifarişçi tərəfindən qəbul olunmayan

 

Altında “Qəbul olunmayan variant”, “Sifarişçi tərəfindən təsdiqlənməyən”, “Baxın görün nə zor alınıb, amma, o xiyar qəbul etməyib” yazılan işlər, peşəkar dizaynerin portfoliosunda olmamalıdır. Xüsusən də, studiyanın portfoliosunda.

 

Dizayn — rəssamlıq deyil. Dizayn — yaradacılıq deyil. Dizayn — xidmətdir. Dizayner işinin əsası — müştərinin konkret məsələsini həll etmək, həyatı rahatlaşdırmaq, məhsulu satmağa yardım etməkdir. Şəkil çəkmək deyil, özünü inkişaf etdirmək deyil, müsabiqələr, sərgilər, dəbdə olan kataloqlar üçün yaratmaq deyil, xidmət göstərməkdir. Əgər iş sifarış olunub, lakin qəbul olunmayıbsa, deməli bu pis işdir. Deməli dizayner müştərini başa düşməyib, eşitməyib, onun məsələsini həll etməyib. Deməli bu dizayner səriştəsizdir.

 

Misal üçün bərbəri götürək. O da bir növ yaradıcıdır. Siz kürsüyə əyləşir, məsələni ona izah edir və həllini alırsınız. Əgər nəticə sizin xoşunuza gəlmirsə, nə baş verir? Qalmaqal baş verir. Bu, o deməkdir ki, bərbər sizi başa düşməyib. Bu bərbər — pis bərbərdir. Pis və sırtıq bərbər, üstəlik hələ deyəcək ki, siz məsələni ona yaxşı izah etməmisiniz, hər şeydə günahkar sizsiniz, həm də ki, əl altında danışırdınız. Yaxşı bərbər nəyi, necə soruşacağını bilir və ən əsası — dinləməyi bacarır. Yaxşı bərbər, işləyən zaman, dəqiqləşdirici sual verməkdən utanmayacaq. Yaxşı və pis bərbərlər bir şeydə oxşardırlar: onların portfoliosunda qəbul olunmayan işlər yoxdur.

 

Gənc dizaynerin misli görünməmiş işləri alınanda, bu normaldır. Sən gənc, təcrübəsizsənsə, öz potensialını nümayiş etmək üçün hər imkandan yapışırsan. Yeni başlayan dizaynerin qiyməti (maaşı) də uyğun olmalıdır, hətta bu dizayner dəhşət istedadlıdırsa da. Dizayner, işə düzələrək, müsahibəyə 58% ölüdoğulmuş “dizaynlardan” ibarət olan portfolio gətirirsə və bununla bərabər, tamdəyərli maaş istəyirsə, bu gülməlidir. Qorxulusu odur ki, “Qəbul olunmayan variantlar” studiyaların portfoliosunda ortaya çıxır. Bu müştəri üçün təhlükə işarəsidir.

 

“Qəbul olunmayan variant” necə gözəl olsa da, bu yalnız özü-özlüyündə olan bir şəkildir, hansı ki, qabaqcadan təxsis olunduğu dünyadan ayrı yaşayır. Bunda müştərini günahlandırmaq, formalaşmış bazarı pisləmək, tələbat və təklifin ehtiramsızlığına istinad etmək olar, amma, bunlar, hər zaman, uğursuzların yazıq-yazıq donqultusu olacaq. Portfolioda “diri” işlərin olması – peşəkarlığın, kifayətli olmasa da, mütləq meyarıdır. Hətta qəbul olunmayan variantınız sizin çox xoşunuza gəlirsə də, susmağı bacarmaq — kamillik əlamətidir.

 

Sarsılmaz reklam ifadəsi var: “Əvəzimizə işlərimiz danışır”. Mən onu bir az dəyişərdim: “Əvəzimizə sifarişçi tərəfindən qəbul olunmuş işlərimiz danışır”.

 

Aleksandr Şirışev

14 may 2008


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(8)
511 dəfə oxunub
bölmə: Dizayn, Tərcümələr
açar sözlər: dizayn sifarişçi dizayner studiya bərbər 

1
Samir yazıb:

Maraqlı yazıdır. "Diri" və "ölü" dizayn işi anlayışları mənimçün bir az qaranlıq qaldı. Bu sözlərlə müəllif konkret hansı keyfiyyətləri nəzərdə tutur?

Avqust 4, 2008 11:05
2
Həsənəlizadə Ramin yazıb:

Samir, mən elə başa düşdüm ki, "diri" dizayn - sifarışçi tərəfindən bəyənilmiş və qəbul olunmuş dizayndır, yəni ki, həyatda istifadə olunan və beləliklə də yaşayan - diri dizayndır. "Ölü" isə əksinə qəbul olunmayan dizayndır.

Avqust 4, 2008 12:17
3
Ruzigarim yazıb:

Yazi xosuma geldi, esas da berberle muqayise.
Dizayneri oz alemine qapanmamaqa ve lazimli isler gormeye seslenir.
Menim umumiyyetle senet, elm ve s barade de fikrim beledir- eger neye se xeyri yoxdusa onda apar tulla. smile

Avqust 4, 2008 18:18
4
Həsənəlizadə Ramin yazıb:

Bəli, Ruzigarım, apar tulla!)) Məncə dizaynla incəsənətin fərqi elə bundadır ki, dizayn hansısa bir konkret məsələnin həlli, incəsənət isə yaradıcının heç bir şeylə məhdud olmayan təsəvvürüdür.

Avqust 4, 2008 20:36
5
Samir yazıb:

Mən bu fikirlə tam razı deyiləm. Dizaynda sənət nə qədər yüksək olsa bir o qədər yaxşıdır.

Avqust 5, 2008 9:47
6
Həsənəlizadə Ramin yazıb:

Bəli, Samir, məsələni sifarişçinin konkret istəyinə uyğun həll etmək şərti ilə.

Avqust 5, 2008 16:07
7
Vuq@r yazıb:

Salam Ramin . smile .Çoxdandı blogunu ziyarət edə bilmirəm .Üzrlü hesab elə.Burda deyildim smile

Həəəə...Düz deyirsən ..Dizaynerlik bir az çətin sənətdir .Əslində onun çətin və məsuliyyətli olması da sifarişlər üzərində qurulduğu zaman başlayır .Tək dizaynerlik deyil .Sən demişkən bütün sifariş üzərində qurulan sahələr çətindir.Başım çəkib deyə səni yaxşı başa düşürəm . Hər kəsin özünə görə kaprizləri vardır .
Bir də ki əgər yaradılıq sifariş üzərinə yaradılırsa o ilhamla yaradılmış əsərdən və ya hər nəysədən yaxşı ola bilməz.İlhamın yaratdığı orginaldır .bir dəfə yaradırsan ,ikici hmənim şeydən yartmaq mümkün deyildir.

smile

Maraqlı movzu idi .Təşəkkür

Avqust 16, 2008 9:01
8
Həsənəlizadə Ramin yazıb:

Salam Vüqar! Xoş gəldin! Üzr istəməyə dəyməz, hamımız azad insanlarıq.))) Sənə minnətdaram ki, bloqumu ziyarət edirsən, eləcə də bütün oxucularıma. Yazılarımı da oxuyub fikirlərini bildirdiyinız üçün də çox sevinirəm.

Sən deyirsən: "...əgər yaradılıq sifariş üzərinə yaradılırsa o ilhamla yaradılmış əsərdən və ya hər nəysədən yaxşı ola bilməz".

Vüqar, bəs məqalənin müəllifi bu barədə deyir dəə: "Dizayn — yaradacılıq deyil. Dizayn — xidmətdir".

Mən bunda məqalənin müəllifi ilə razıyam ki, yaradıcılıq və dizayn eyni şey deyil. Yaradıcılıq — sən özün özün üçün, öz zövqünə uyğun olaraq yaratdığın bir şeyir. Dizaynda isə, sən kimsə üçün düzəldirsən və bu kimsəni qani etmək üçün onu yaxşı başa düşüb onun istəklərinə uyğun xidmət göstərməlisən.

Avqust 17, 2008 17:16

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com