Reklam verin!

Axtarış

Bölmələr

Xəbərlər

Peyk TV antennaların satışı və quraşdırılması
Yuva jurnalı

Abunə ol!

Sayqaç

  • İndi blogda: 4
  • Keçən ayın hiti: 15538
  • Dünənki hit: 400
  • Bugünki hit: 50
  • Ümumi hit: 181947

Azərbaycan xəbərlər saytları hack olunub

Avqust 11, 2008 14:53
Həsənəlizadə Ramin

 

Bu gün səhərdən bəri Azərbaycanın bir neçə rus dilli xəbərlər saytlarına girə bilmirəm. Rusiyada yaşadığım üçün, o saat şübhələndim ki, Rusiyada bu saytlara “ban” qoyulub. Bu saytlar aşağıdakılardır:

 

Day.az

Novosti.az

Newsazerbaijan.ru

 

Lakin bir neçə araşdırmalardan sonra məlum oldu ki, bu saytlar “hack” olunub. Digər saytlar isə, normal işləyirlər. Məsələn Apa.az, 1news.az, Anspress.com və başqaları. Hazırda Day.az-ın əsas səhifəsində bu məlumatı oxumaq olar: “Rusiyanın xüsusi xidmətləri Day.az serverlərinə hücum ediblər”. Originalını Day.az saytının əsas səhifəsində oxumaq olar (rusca).

  

***

 

Qeyd (təkzib)

 

13 avqust 2008-ci il.

 

Hörmətli oxucularım! Mənə indi məlum oldu ki, Novosti.az və Newsazerbaijan.ru eyni saytın müxtəlif domenləridir. Və bloqa yuxarıdakı yazını yazdığım zaman, yəni bu ayın 11-də bu saytda profilaktik işlər görülürdü və buna görə də sayt işləmirmiş. Bunu saytın arxivində avqustun 11-nə aid olan məlumatda oxudum. Bloqumda, tələsərək, yoxlanılmamış məlumatı yerləşdirdiyim üçün üzr istəyirəm.

 

Lakin, bu ilin avqustunun 11-də Azərbaycan xəbərlər saytlarına hakerlər tərəfindən həqiqətən də hücumlar olunub. Bunu Day.azAnspress.com saytları da təsdiqləyiblər.


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(14)
800 dəfə oxunub
bölmə: İnternet
açar sözlər: day.az internet xəbərlər aznet hack 

1
Samir yazıb:

day.az-ın saytı indi də açılmır. (saat 18:03)

Avqust 11, 2008 17:03
2
Həsənəlizadə Ramin yazıb:

Həə gah açılır gah açılmır. Yəqin ki, hacker-lər tərəfindən hücumlar davam edir.

Avqust 11, 2008 17:09
3
Ruzigarim yazıb:

Yene baglandi, axsam vaxti
Axxxx,ureyimden tikan cixardi onlarin da boyuk saytlarini bizim hakerler berbad etseydiler.

Avqust 11, 2008 22:35
4
oxchu yazıb:

Onların böyük saytlarına bizimkilərin eyni tərzdə DDOS olaraq cavab verməyi deyərdimki mümkün deyil. Day.az`da 2, çox olsa, çox olsa 4 server varsa Rusiyanın böyük saytları yandex rambler mail.ru durki onlarda da Allah bilir neçə dənə server var. Azərbaycandan isə həmin saytlara DDOS etməyə maddi imkan yoxdur heç . Yəni qısaca Allah köməyimiz olsun

Avqust 11, 2008 22:45
5
Həsənəlizadə Ramin yazıb:

Ruzigarım, Oxçu ilə razıyam böyük rus saytlarının imkanları bizimkilərdən qat-qat çoxdur.))

Avqust 11, 2008 23:13
6
Ruzigarim yazıb:

Isteseler bir yol tapallar rolleyes

Avqust 12, 2008 10:39
7
Makla yazıb:

hamısı şoudur.. mad

Avqust 13, 2008 12:41
8
Həsənəlizadə Ramin yazıb:

Makla, sizi başa düşmədim, yəni nədir şou? Bəlkə də şoudur, bəlkə də Day.az və digər saytlar (yeri gəlmişkən anspress də xəbər vermişdir ki, onların saytına hakerlər tərəfindən hücum olmuşdu) sədəcə şəbəkədə olan nasazlıqları izah etmək üçün uydurub, bəlkə də. Amma Gürcüstanın da saytlarına axı hücum olunmuşdu. Niyə bəs today.az saytında heç bir problem olmayıb? Niyə bu cür problemlər ancaq Rusiyanın əleyhinə danışan rus dilli saytlarda olubdur?

Avqust 13, 2008 16:20
9
Makla yazıb:

sadəcə reyting xatirinə atılmış addımlardır fikrimcə, deyazdan da qatı saytlar vardır elə rusiyanın özündə niyə məhz deyaza ya da aenese hücum ediblər ki..?

Avqust 14, 2008 8:51
10
fiammaveneta yazıb:

Ciao dall'Italia.
Visita il mio blog!

Avqust 14, 2008 17:27
11

ciao da venezia

Avqust 14, 2008 18:23
12
Həsənəlizadə Ramin yazıb:

Makla, olmağına hər şey ola bilər - həyatdır. Lakin biz bunu bilməyəcəyik, bu barədə sadəcə öz fikrlərimizi bildirə bilərik. Fikiriləriniz üçün çox sağ olun!

****

Ciao, Fiammaveneta and Arachesostufo Italy! Thanks for visiting my blog. Welcome anytime! ))

Avqust 15, 2008 14:01
13
Vuq@r yazıb:

Mən bu saytların hack olunduğu günlər netdə olmamışam grin Məsələyə umumi yanaşasacam.
Belə bir söz var siyasətdə "Bir ölkədə əsas fiqurlardan birisi öldürülürsə ölüm səbəbini yox öldürəni axtar" Çünki hə ölümün arxasında böyük maraqlar vardır .Bu da həmçinin eyni vəziyyətdir.Mənə elə gəlir ki Rusiyanın böyük maraqları vardır burda .Həmdə ki yoxladığım qədəri ilə day.az saytı Rusiyanın Gürcüstana hucum etməsi ərəfəsində işləmirdi.Təbii....Bu hərəkətlərin nəyə xidmət etdiyi açıq şəkildə ortada.Mən əminliklə deyə bilərəm ki bu xakkerlər KGB -nin xakkerləridir. Həm də ki day.az MDB məkanında olduqca məşhurdu və rus dilində olması da avantajdır ....Çünki day.az və onun kimi qaynar xəbərləri verən saytlar "dərin dövlət" səviyyəsincə izlənilir .
P.S Bu dəqiqə nəyinki saytları ,hətta insanı evində belə izləyirlər. smile

Avqust 16, 2008 9:22
14
Həsənəlizadə Ramin yazıb:

Salam Vüqar, fikirlərini bildirdiyin üçün çox sağ ol!

Avqust 17, 2008 16:55

Şərh yazın

Diqqət!!! Fevralın 21-dən etibarən, bu bloqda Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir.

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com