Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 54
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 138
  • Ümumi hit: 31257

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

AzNet haqqında

Aprel 25, 2008 22:34
Həsənəlizadə Ramin

 

Dünən, Azart — rəqəmsal incəsənət birliyi adlanan Azərbaycan dizaynerlər forumunda bir gənc, istedadlı və qabiliyyətli dizayner Samir Hüseynovla AzNet termini barəsində mübahisəmiz oldu. Söhbət ondan başladı ki, AzNet anlayışını kim necə başa düşür və əslində bu termin nə məna verir. Biz təyin etmək istəyirdik ki, AzNet deyəndə hansı saytları nəzərdə tuturuq. Nə isə, əgər sizə maraqlı olsa, forumdaki mübahisəmizi Azart.az-da oxuya bilərsiniz. Burda isə mən, AzNet anlayışı haqqında öz fikirlərimi sizə çatdırmaq istəyirəm. Yəni, bu termini mən necə başa düşürəm.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(4)
196 dəfə oxunub
bölmə: İnternet

Kosmoloji sabit Azərbaycan əlifbasının “Ə” hərfi ilə adlandırılıb

Aprel 25, 2008 22:24
Həsənəlizadə Ramin

 

Azərbaycan alimi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Həsənəlizadə Əsgər Hüseyn oğlu tərəfindən universal kosmoloji sabit üzə çıxarılmış və Azərbaycan əlifbasının “Ə” hərfi ilə işarə olunmuşdur.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(6)
193 dəfə oxunub
bölmə: Elm

AZN haqqında

Aprel 25, 2008 22:20
Həsənəlizadə Ramin

 

AZN nə deməkdir? Pullar dəyişildikdən bəri mən bu haqda çox fikirləşmişəm, amma hələ də, özüm üçün düz-əməlli izahat tapa bilmədim. Bizim yeni pul vahidinə nədənsə AZN deyirlər. Bütün reklamlarda, banklarda, dükanlarda, hər yerdə AZN yazılıb. Yata bilmirəm, yeyə bilmirəm, arıqlayıb gedirəm fikirləşə-fikirləşə ki, görəsən bu AZN nə deməkdir. Bəs yaxşı, onda pulun üstündə niyə manat-qəpik yazılıb? Bəlkə, gözlərim zəif görür, AZN əvəzinə manat oxuyuram? Xeyir. Bu deyəsən, bizim yeni adətimizdir ― pulumuza mütləq bir ad qoşmalıyıq. Şirvan-məmmədlər ləğv olundu, oldu AZN. Köhnə pulda milli motivlər və görkəmli şəxsiyyətlərimizin şəkilləri var idi, yəqin ona görə də pullara milli adlar qoymuşduq: Şirvan, Məmməd, Nizami. İndi isə, pulumuzu oxşatmışıq avroya, gərək ona uyğun bir ad da qoşaq. Görəsən niyə elədir? Manat sözü pisdir ki? Məncə, iş manat sözünün pis olub-olmamağında deyil. Biz ABŞ dollarına “göy” deyirik, Russiyada yaşayan azərbaycanlılar rubla manat deyirlər. Yəqin ki, bu bizim milli xüsusiyyətimizdir ― hər şeyə bir qulp qoşmalıyıq.



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(12)
177 dəfə oxunub
bölmə: Müxtəlif

D. A. Normanın “Adi əşyaların dizaynı” kitabı haqqında

Aprel 25, 2008 22:11
Həsənəlizadə Ramin

Bu yaxınlarda maraqlı bir kitab oxudum ― Donald Normanın “Adi əşyaların dizaynı” (Donald A. Norman “The Design of Everyday Things” ingl.; Дональд А. Норман “Дизайн привычных вещей” rus.) kitabını. Bu kitab haqqında eşitdiklərim və oxuduqlarım bir-neçə müsbət rəy, məndə xeyli maraq və onu oxumaq həvəsini oyatdı.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(0)
148 dəfə oxunub
bölmə: Dizayn, Kitablar

Dilimiz haqqında

Aprel 25, 2008 22:04
Həsənəlizadə Ramin

 

Şəklin müəllifi: Solomon; Mənbə: lensart.ru        

 

Dilimiz haqqında çox söz deyilib, çox yazı yazılıb. Buna baxmayaraq bu mövzu maraqlı olaraq qalır. Yəqin ki, bu mövzu hər zaman maraqlı olub və inanıram ki, olacaq da, lakin indiki zəmanədə fikrimi cəlb edən odur ki, bizim dilimiz hal-hazırda sınaqdan keçir.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(4)
152 dəfə oxunub
bölmə: Müxtəlif

  Yazılar cəmi: 7    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com