Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 31
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 81
  • Ümumi hit: 31200

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

Online dükanlar haqqında

Sentyabr 3, 2008 21:33
Həsənəlizadə Ramin

 

Son vaxtlar kitabları yalnız online dükanlardan alıram. Bunun səbəbi bir tərəfdən vaxt məhdudluğu, digər tərəfdən də tənbəlliyimdir. Kitab dükanına gedib orda nəyi var eşələnməyə gah vaxtım yoxdur, gah da sadəcə tənbəllik edirəm. İnternetdə isə, istənilən kitaba rəy tapmaq, kitab haqqında oxucuların fikirlərini bilmək, kitabın qiymətini öyrənmək və onu, istənilən ödəniş formasını seçərək, sifariş edib bir başa evə gətizdirmək olar. Müxtəlif ödəniş sistemləri vardır: nağd pul — kitabı aldıqda, bank kartı vasitəsilə, web-money və ya ona bənzər online-pul sistemləri və s.

 

Yaxınlarda növbəti kitab sifariş etdim. Yeri gəlmişkən, bu kitabı çoxdan axtarırdım, amma, kitab dükanlarında tapa bilmirdim. Sifarişdən sonra 10 – 15 günə kitab gəlir çıxır. Kitab poçtla gəlir ya da kuryer gətirə bilər, yəni gətirmə üsulunu da seçmək olar. Mən, məsələn, həmişə poçtla alıram, çünki, kuryerlərə etibarım yoxdur, həm də poçt şöbəsi qonşu binadadır. Kitab gələndə, poçtdan mənə kağız gəlir, mən də poçt şöbəsinə gedirəm və haqqını ödəyib kitabımı götürürəm.

 

Bu cür kitab almaq mənim üçün çox rahatdır. Əlbəttə internet heç vaxt kitab dükanında axtardığın kitabı taparaq, o təzə, hələ mətbəə boyasının qoxusunu verən kitabı götürüb vərəqləyəndə keçirdiyin hissləri əvəz edə bilməz. Dükanda kitaba baxmaq, oxumaq və lazım olan kitabı gözləmədən əldə etmək olar. Lakin, online dükanların da müsbət tərəfləri çoxdur. Məncə, adi kitab dükanları online xidmətlər göstərsələr heç də uduzmazlar.



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(13)
74 dəfə oxunub
bölmə: İnternet, Müxtəlif

Bloquma ən çox ziyarətçi gətirən 15 sayt və bloq

Avqust 30, 2008 20:06
Həsənəlizadə Ramin

 

Əziz dostlar sizi bloqumun ötən iki aylıq statistikasının əsasında hazırlanmış növbəti siyahı ilə tanış etmək istəyirəm, bu dəfə onluğu artırdım və on beşlik elədim. Ötən iki ay ərzində mənim bloquma ən çox ziyarətçi aşağıdakı saytlardan gəlib:

 

1. azeriblog.com (keçid vermək hələ də olmur, Fərhad bəy gör neyləyirsən!)

2. google.com

3. eldesign.ru

4. blogcatalog.com

5. blograzzi.com

6. shebnem.azeriblog.com

7. xebername.comilk10.com

8. ferhad.azeriblog.com

9. webxana.com

10. ruzigarim.azeriblog.com

11. harunguven.blogspot.com

12. inet.az

13. maklayaq.blogspot.com

14. vuqarismayilov.azeriblog.commayismusayev.azeriblog.com

15. mvusal.azeriblog.com

 

Bu saytların və siyahıya düşməyən digər saytların idarə etmə heyətinə, bloqçulara, oxuculara və ziyarətçilərə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, əziz dostlar!



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(14)
88 dəfə oxunub
bölmə: İnternet

Vüsal Məmmədovla müsahibə

Avqust 25, 2008 21:48
Həsənəlizadə Ramin

 

Hörmətli oxucular, yəqin ki, bloqumda “Müsahibələr” bölməsinin açılmasını artıq müşahidə etmisiniz, bu gündən etibarən bloquma, fikrimcə, maraqlı şəxsləri dəvət edəcəyəm və onlarla söhbətimizi bloqumda dərc edəcəyəm. Bloqumun bu günkü və ilk qonağı — jurnalist, müəllim və “Belə baxanda” adlı məşhur bloqun müəllifi Vüsal Məmmədovdur.

 

***

 

— Salam Vüsal bəy! Sizi bloqumda görməyə çox şadam və bu söhbətimizə razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. Fürsətdən istifadə edib sizi təbrik etmək istəyirəm, bu yaxınlarda sizin 30 yaşınız tamam olub, bloqunuzun isə yaxın gələcəkdə bir yaşı olacaq. Sizi ürəkdən təbrik edir, can sağlığı və işlərinizdə müvəffəqiyyətlər, bloqunuza isə çoxlu ziyarətçilər və yüksək reytinqlər arzu edirəm!

 

— Çox təşəkkür edirəm, Ramin bəy. Məndən təxminən 10 yaş böyük olan bir dostum həmişə deyir ki, bəlkə də 20 və 30 yaş arasında 10 il məsafə var, amma 30 ilə 40-ın arasındakı vaxt 10 ildən xeyli azdır. Mən özüm bunu hiss edirəm. İndi mənim üçün ay, həftə, gün, saat məsələn, 25 yaşında olduğu kimi deyil; hamısı qısalıb, sürətlənib. Son bir ildə hiss edirəm ki, artıq “gözləmək” anlayışı yoxdur — hətta bir neçə ay sonrakı hadisəni də sabah olacaqmış kimi yaxın bilirəm. Hiss edirəm ki, ömür xeyli sürətlənib, axıb gedir. Vaxtın və yaşın amansızlığını duymağa başlayıram.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(13)
125 dəfə oxunub
bölmə: Müsahibələr

Ermənistanın 3 Olimpiya qızılı?!

Avqust 24, 2008 22:07
Həsənəlizadə Ramin

 

2008-ci ilin Olimpiya oyunları nəhayət ki qurtardı. İstədiyimiz kimi olmasa da yenə də pis deyil. Xüsusən də, bəzi ölkələrlə müqaisədə. Bu oyunlarda Azərbaycan 39-cu yerə çıxdı, komandamız 7 medal qazandı, hansı ki, içində 1 qızıl medal (Elnur Məmmədli, cüdo üzrə), 2 gümüş (Rövşən Bayramov və Vitali Rəhimov Yunan-Roma güləşi üzrə) və 4 bürünc (Mövlud Mirəliyev cüdo üzrə, Xetaq Qazyumov və Mariya Stadnik güləş üzrə, Şahin İmranov boks üzrə) medallardır. Halal olsun bizim idmançılara!

 

Bütün bunlarla bağlı bir şey qeyd etmək istərdim. Rambler.ru saytının Olimpiya 2008-ə aid bölməsində medal cədvəli siyahısında yazılıb ki, Ermənistan 3 qızıl və 6 bürünc medal qazanıb (şəklə tıklayın). Lakin əslində isə Ermənistanın bu oyunlarda qazandığı yalnız 6 bürünc medaldır. Bu Pekin-2008 Olimpiya oyunlarının rəsmi saytında medal cədvəlində qeyd olunub.

 

 

Fikirləşirəm ki, görəsən bunları kim və nə məqsədlə edir? Görəsən bu cür yalanın hansısa bir müsbət nəticəsi olur? Sizin də fikirlərinizi bilmək istərdim.



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(20)
136 dəfə oxunub
bölmə: Müxtəlif

Ceyms Feliçinin “Tipoqrafika üzrə ətraflı dərslik” kitabı haqqında

Avqust 22, 2008 23:49
Həsənəlizadə Ramin

 

 

Azərbaycanda nəşr olunan bir çox kitablara baxanda, onları əlimə alıb vərəqləyəndə çox heyfslənirəm və başa düşürəm ki, bu kitablar üstündə işləyənlər (nəşriyyatçı, tərtibatçı, dizayner, mətbəəçiləri nəzərdə tuturam, müəllifləri yox) Ceyms Feliçinin “Tipoqrafika üzrə ətraflı dərslik” kitabını nə oxuyublar, nə də ki, görüblər. Nəşriyyatımız bərbad haldadır.

 

Bu yazımda C. Feliçinin kitabı haqqında qısa məlumat vermək və öz fikirlərimi bildirmək istəyirəm.

 

Bu kitab dizayn, səhifələmə, kitab, dərgi tərtibatı ilə məşqul olanlar üçün həm dərslik, həm də ki, soraq kitabıdır. Bu kitabda Qutenberqdən (Gutenberg) başlayaraq müasir Open Type formatlı fontlara kimi şriftin inkişafı, tarixi təsvir olunur. Səhifələmənin qaydaları və üsulları əks olunub. Bu kitab, müxtəlif hallarda (kitab, qəzet, veb-səhifə, kağız, monitor) mətni elə səhifələməyi öyrədir ki, oxucu üçün onu oxumaq rahat olsun. Fikrimcə, “Tipoqrafika üzrə ətraflı dərslik” kitabı, mətnlə işləməyi, səhifələməni, poliqrafiya, mətbəə məhsullarını tərtib etməyi öyrənmək istəyənlər üçün əsl bilgi xəzinəsidir. Həm də, düşünürəm ki, peşəkarlar da onu soraq kitabı kimi istifadə edə bilərlər. Yəni bu kitab həm öyrənən, həm də ki peşəkar mətbəəçi, qrafik və veb dizaynerlər üçün faydalı və dəyərli bir vəsaitdir.

 

Kitab inglis dilində yazılıb, amma, rus dilinə də tərcümə olunub (James Felici “The Complete Manual of Typography” ing.; Джеймс Феличи “Типографика: шрифт, верстка, дизайн” rus.). Təəssüf ki, bu kitab Azərbaycan dilində hələ yoxdur. Ümid edək ki, gələcəkdə Ceyms Feliçinin “Tipoqrafika üzrə ətraflı dərslik” kitabı Azərbaycan dilinə də tərcümə və nəşr olunacaq.



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(8)
51 dəfə oxunub
bölmə: Dizayn, Kitablar

  Yazılar cəmi: 25    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com