Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision film nifrət liberalizm bahalaşma qafqaz arxetip savaş medvedyev deqradasiya amerika
Sayqaç
İndi blogda: 6
Keçən ayın hiti: 11089
Dünənki hit: 266
Bugünki hit: 43
Ümumi hit: 103928
Müxtəlif
“Beşgünlük savaş”da “yəhudi izi”
Əvvəlki yazıların birində “beşgünlük müharibə” ilə “altıgünlük müharibə” arasında bəzi
oxşarlıqların olduğunu qeyd edəndə, sadəcə onu nəzərdə tutmuşduq ki, hər iki savaş baş verdiyi bölgədə yeni reallıqların yaranmasına gətirib çıxarıb. Amma başqa (gizli) oxşarlıqlar da var imiş! “Washington Times” qəzetinin redaktoru Arno de Borşqravın yazdığı bir məqalədən belə anlaşılır ki, Güney Qafqazda baş verən son proseslərdə çox dərin “yəhudi izi” də mövcuddur.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 5, 2008 21:11 | "analiz" | Şərhlər(2)
Baxış sayı: 25
Açar sözlər:
![]()
![]()
![]()
Cəngəllik qanunu və presedent
Moskva Güney Osetiya ilə Abxaziyanın müstəqilliyini tanıyandan sonra çoxlarını maraqlandıran məsələ bu addımın Qarabağ probleminə hansı təsiri göstərəcəyidir. Fikirlər son dərəcə haçalanır – bir yanaşmaya görə, bu, istər-istəməz mənfi təsirini göstərəcək; digərinə görə, heç bir presedent-filan yaranmayacaq, çünki hər bir konflikt özlüyündə unikaldır və birinin həll resepti digərinə tətbiq edilə bilməz; üçüncü mövqeyə əsasən, Rusiyanın həmin iki separatçı qurumu tanımasının hətta Azərbaycana xeyri var, çünki bu halda Qərb məcbur olub, gələcəkdə ərazi bütövlüyü prinsipinin üzərində daha möhkəm dayanacaq.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 3, 2008 21:19 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 27
Açar sözlər:
![]()
![]()
![]()
Çeyninin çiyni
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyninin Gürcüstan,
Ukrayna, İtaliya və Azərbaycana səfəri başlayır. Bu səfərdə məqsəd nədir və onun marşrutu nədən məhz belə qurulub?
Niyə Gürcüstana – aydındır; Rusiyanın Güney Osetiya və Abxaziyanın müstəqilliyini tanımasından sonra Vaşinqtonla Tiflisin ciddi məsləhətləşmələrə və planlara birlikdə yenidən baxmalarına ehtiyac yaranıb.
Niyə Ukraynaya - bu da prinsipcə aydındır; Gürcüstanın ardınca Rusiyanın növbəti hədəfinin məhz Ukrayna olacağı gözlənilir. Hazırda Kiyevin NATO-ya üzvlük məsələsi və Rus donanmasını Krımdan çıxarmaq istəyi Moskvanın səbrini daşırmaq üzrədir. Belə bir şəraitdə Çeyninin Ukraynada müzakirə edəcəyi xeyli mövzu var.
Niyə İtaliyaya –Yazar: Vüsal Məmmədov @ Sentyabr 1, 2008 18:39 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 24
Açar sözlər:
![]()
![]()
![]()
“Qırmızı xətt” keçildi
Region çox xoşagəlməz bir dövrə qədəm qoyur. Rusiyanın Güney Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ən azı o deməkdir ki, bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin bərpa olunması qeyri-müəyyən müddətə geriyə atıldı. Ən pisi odur ki, bu dəfə qarşıdurma daha cidi müstəvidədir – faktik olaraq, Rusiya ilə ABŞ başda olmaqla NATO-nun arasında əsəb və mövqe müharibəsi gedir.
Yazar: Vüsal Məmmədov @ Avqust 26, 2008 23:33 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 27
Açar sözlər:
![]()
![]()
![]()
30 ildən qandıqlarım
Həmişə kiməsə ağıl verməkdən, həyat dərsi keçməkdən, filosofluq etməkdən
uzaq olmağa çalışmışam. Haçansa belə hərəkətimlə zəhlənizi tökmüşəmsə, hamınızdan üzr istəyirəm. Amma bu gün 30 yaşım tamam olur və neçə gündür, 30 ildən nə dərs götürdüyüm, sonrakı illəri necə yaşamalı olduğum haqda fikirlər içindəyəm. Ona görə, icazənizlə, bu dəfə öz şəxsimdə insan (daha doğrusu, azərbaycanlı – bu, bir az fərqli anlayışdır) həyatına baxışlarmı bölüşmək niyyətidəyəm.
Yazar: Vüsal Məmmədov @ Avqust 22, 2008 21:31 | "bu da belə..." | Şərhlər(3)
Baxış sayı: 78
Açar sözlər:
![]()
![]()
![]()
Döyülmüşüm, söyülmüşüm, qovulmuşum mən...
Ahmet Kayanın ən qeyri-adi mahnılarından biri... Melodiyası həzin olsa da, sözlərdə sanki bir üsyan var. Və bu həzinliklə üsyan qəribə də olsa, bir-birini vurmur, əksinə, tamamlayır.
Mahnının üstündə "redaktə" aparıb, əvvəlindəki şeiri kəsib götürmüşəm. Onun sözlərini yazının ardına əlavə etdim, istəyənlər oxya bilər. Əslində, bu iki hissə şair Ənvər Gökçənin iki ayrı-ayı şeiri olub, sadəcə, Ahmet Kaya onları birləşdirmişdi.
XANIMLARIN NƏZƏRİNƏ: Mahnının mətnində söyüş var!!!
Mahnını buradan endirə bilərsiniz. Həcmi 973 kb.
Yazar: Vüsal Məmmədov @ Avqust 21, 2008 1:14 | "Musiqi" | Şərhlər(1)
Baxış sayı: 38
Açar sözlər:
![]()
![]()
![]()
Qumbara oynadan meymunlar
Əlbəttə, radikal dindarlar bir çox axmaq şeylərə qadirdirlər, amma hər halda,
cəmiyyətdə “Əbu-Bəkr” məscidində baş verənlərə olan yanaşma öz səthiliyilə adamı heyrətləndirir. Hamı məsələni ancaq iki qrupun arasındakı narazılıq zəminində nəzərdən keçirir, bəziləri isə “vəhabilər bir-birini” partlatdı,- deyərək, kinayə edirlər. Amma gəlin, olaya bir qədər geniş aspektdə yanaşmağa çalışaq.
“Vəhabi” anlayışına və onun Azərbaycandakı qavrayışına əvvəllər dəfələrlə toxunduğumuzdan, təzədən bu məsələyə qayıtmaq istəməzdik. Sadəcə, onu deyək ki, radikallıq – istənilən məzhəbdə böyük problemdir və diqqəti təkcə bir istiqamətə yönəltmək ciddi səhvdir. Pisi odur ki, Azərbaycanda dini radikalizm yavaş-yavaş da olsa, hər halda, akkumlyasiya olunur.
Yazar: Vüsal Məmmədov @ Avqust 20, 2008 16:27 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 89
Açar sözlər:
![]()
![]()
![]()
Beşgünlük savaşın dörd nəticəsi
Adətən, hər müharibə tarixə öz adıyla düşür. Tarixdə “altıgünlük müharibə” var idi, indi isə “beşgünlük” də əlavə edildi. Düzdür, bu iki savaşı müqayisə etmək mümkün deyil, amma onların hər halda, bir ortaq cəhəti var. Dünyanı şoka salan altıgünlük müharibədən sonra Yaxın Şərq bölgəsində tamam yeni reallıqlar yarandı və indiyə qədər də davam etməkdədir. Beşgünlük müharibədən sonra isə, o qədər dərin olmasa da, hər halda, regional siyasət mütləq bir sıra ciddi dəyişikliklərə uğrayacaq. Çünki bundan sonra bölgədə maraqları olan bütün tərəflər baş verənlərdən mütləq bəzi nəticələr çıxarmaq və sonrakı addımlarında bunu nəzərə almaq zorundadırlar.
Yazar: Vüsal Məmmədov @ Avqust 19, 2008 2:47 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 54
Açar sözlər:
![]()
![]()
![]()
Dünyanın və bizim gələcəyimiz
Bu günlərdə elmin müxtəlif sahələrində çalışan 100-ə yaxın ən tanınmış ekspertin
birləşdiyi Tech Cast proyekti dünyanın 2050-ci ilə qədərki inkişafına dair proqnozları açıqlayıb. Əlbəttə, futurologiya – elmi əsaslandırılmış olsa da, istənilən halda ehtimallar və gümanlardır, amma gələcək dünyanın mənzərəsində Azərbaycanın yerinin necə görünəcəyi haqda düşünmək da maraqlı olardı.
Öncə onu deyək ki, ekspertlərin fikrincə, müasir dövrdə dünyanın inkişaf etmiş və nisbətən geri qalmış dövlərtləri arasındakı texnoloji fərq 5 ili ötmür. Yəni istənilən texnoloji yenilik uzağı 5 ilə zəif inkişaf etmiş dövlətlərə də gəlib çatır. Tech Cast proyektinin proqnozlarına görə, 2010-cu ildə informasiya sistemləri və elektron kommersiya qızğın inkişafda olacaq, insan səsilə verilən tapşırıqları anlayan kompüterlər meydana çıxacaq. Bu, dövlət və korporativ idarəçilikdə ciddi dəyişikliyə səbəb olacaq.
Azərbaycanda:Yazar: Vüsal Məmmədov @ Avqust 15, 2008 0:36 | "analiz" | Şərhlər(4)
Baxış sayı: 66
Açar sözlər:
![]()
![]()
![]()
Kiçik Qafqaz savaşı
Bu, deyəsən, hamıya lazım idi. Hər halda, son günlər ərzində hadisələrin “müharibə” adlandırılan səviyyəyə qədər necə gəlib çıxmasının xronoligiyasını izləyəndə, bəlli olur ki, bütün tərəflər ona hazırlaşırdılar – Gürcüstan da, Rusiya da, Güney Osetiya da və hətta Amerika da. Bu savaş sözün hərfi mənasında siyasətin başqa vasitələrlə davamından başqa bir şey deyildi. Hərbi toqquşmaların niyə və necə başlamasında ikiqat maraqlar nəzərə çarpır: yuxarı qatda – Rusiya və Amerikanın, aşağıda – gürcü və osetinlərin. Yuxarı səviyyədən başlasaq, hadisələrin kökünü bir qədər başqa zamanda və məkanda axtarmaq lazımdır – konkret desək, bu ilin aprelində, Buxarestdə.
Yazar: Vüsal Məmmədov @ Avqust 11, 2008 16:43 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 88
Açar sözlər:
![]()
![]()
![]()
