Qəmli bir susqunluq keçir könlümdən,
Ağlamaq xülya tək geridə qaldı,
Uzaqdan xoşbəxtlik çağırır desən,
İnanım, ya da yox? - qəlb fikrə daldı...
***
Davamı...Açar sözlər:
Bu dünyada həqiqətin yenilməyən ilqarı var,
Hər bir məlum olanın da yüz naməlum meyarı var,
Könül verib eşqə düşsən elm eşqinə düşmək gərək,
Çünki ol eşqin hər zaman xoşbəxtlik ixtiyarı var!
Açar sözlər:
Darıxdım, dərdim daşdı,
Dağlar-daşlar danışdı.
Dedi: "Dərdlisən?" Dedim:
Dünya dəyərsiz daşdı...
Açar sözlər:
Həsrətindən qar da yağdı,
Həsrət dən-dən qarda yağdı,
Həsrətimə qar dayağdı,
Zəng et, duyum səsi, zalım,
Qoyma dərdi səssiz alım.
![]()
Açar sözlər:
Yağış yağır, ara vermir neçə gün,
Yuyur ümid, arzuları büs-bütün,
Yuyur nə ki, hisslər vardır qəlbimdə,
Yuyammayır, yenə yardır qəlbimdə.
Açar sözlər:
Həsrətimin günəşisən, dərdin dərdə salıbdır
Əslin əriyib yox olub, bir xəyalın qalıbdır
Düz deyildir xəyalınla yaşamağım, bilirəm,
O yalandır, həqiqəti məndən satın alıbdır.
Açar sözlər:
Qabaqki yazılar
- Satiraya bənzər
- İstərdim
- Soyuq
- "Təhsil"
- ...
- Hesabat
- Əgər...
- SİMİC
- 1-ci kurs xatirəsi
- Yeni bannerim
- Divanənin "Yollar" şeirinden ilhamlanib...
- QİÇS/AIDS/СПИД. XXI əsrin bəlası
- Tikanlı
- Sükut
- Məntiqsiz məntiq
- Qəzəl-2
- Bu mövzuda yazmaq istəmirdim...Amma yazdım.
- Satira
- Zaman sağaltmır!!!






