Təbəssüm
Sentyabr 5, 2008 13:25 Yazan: BLOGCU Baxış sayı: 23
Bu şəkili İsmayıllıya gedəndə çəkmişdim. Məncə gözəl şəkildir. Sizin də şərhlərinizi görmək xoş olardı. 
Wordpress theme _Paper stil
Sentyabr 4, 2008 23:08 Yazan: BLOGCU Baxış sayı: 15
Salam, əziz oxucular. Bir daha bloguma gəldiyiniz üçün təşəkkür edirəm.
Keçək əsas məsələyə...
Ola bilər kimilərsə azəriblogun admini Fərhad qardaşın yaratdığı 40 stildən özünə lazım olanı tapıb ( mənim də bəyəndiklərim var.
). Amma yəqin ki, bəziləri tamam fərqli dizaynlar axtarışındadiır. Zövqlər müxtəlifdir... Bir çoxları isə htmldan yaxşı anlamadıqları üçün gördüyü hansısa stili öz bloguna uyğun yığa bilmir və yaxud çətinlik çəkir. Nəticədə isə səhifədə çoxlu səhvlər ortaya çıxır. Bugündən calışacam azəriblog sisteminə uygunlaşdırğım stilləri sizlərə təqdim edim. Gördüyünüz bu Wordpress 2.6 stilllərindən olan Paper stili sadə və orijinalığı ilə seçilir. Həm də yüngül olması ilə. Yəni səhifələrin tez açılmasi ilə... Bu stili azəriblog sistemindəki hər bir bogçu istifadə edə bilər. 2 sütunlu, mavi paper stili... Əgər kimsə bu stili beyənib, öz bloguna yerləşdirmək istəyirsə, şərhlə muraciət etsin.
Amma...
Davamı...
Bu şəhərin günahı
Avqust 25, 2008 21:54 Yazan: BLOGCU Baxış sayı: 157

Bu şəhərin
gözü qaranlıq şoselərində
Sənin kölgən görünər.
Bu kölgən də
Gecəni çöldə qalmaqdan qorxub
Maşın təkərlərinə yalvarar...
Hər gecə
Dabanı əyilən ayaqqabıların
Ayaqların altında əzilən
namusuna işarədir.
Damla-damla
bu gecənin yollarına tökülər...
Davamı...
Yağışlı xatirələr
Avqust 25, 2008 21:49 Yazan: BLOGCU Baxış sayı: 62
Yağışlı havalar istəyirəm
Köhnə pəncəyimi geyib
Əllərim cibimdə
Yenə gəlim
binanıza sarı.
Titrək-titrək
Pəncərənə boylanım.
Səni görcək
Həsrətim sənlə dolsun.
Davamı...
Oğurluq!!!
Avqust 23, 2008 20:46 Yazan: BLOGCU Baxış sayı: 127
Salam, əziz oxucularim. Bu yaxinlarda bir bloga girdim ve blogumda mene mexsus olan sheirimi gordum. hansi ki, ne muellifi yazilib, ne de menbesi. Hele iki sheirmi qatib bir birine guya ozunden nese qoshub.
http://sensizolmaz.azeriblog.com/2008/08/15/sensizlik-depressiyasi blogumun daimi olxuculari ve meni taniyanlar bilir ki, sensizlik depressiyasi mene mexsusdur. Demirsen ki, bashqa menbedir? Menbeni goster. Baxim hansi ... menim sheirimi bu gune salib!!!
bu da senin mene yazdigin sherh!
============================
Oxucular, xahish edirem. Bu movzuya fikirlerinizi bildiresiz.
Yeni ogurluq unvanlar.... Mene bunun koku lazimdir!!!
http://mix.az/love/page,1,1,15156-s601nsizlik-depressiyas305.html
http://uzaysel.azeriblog.com/2008/08/05/sensizlik-depressiyasi
http://www.azeribalasi.com/showthread.php?p=1189
Men sadece basah dushmurem, bu sheirlerimi niye bu gune saliblar? bashi ayagi bilmir. nagil kimi, ara qoymadan da ele rahat yaziblar kiiii!!!!
Etüdlər və ya bədii tapmaca
Avqust 23, 2008 17:24 Yazan: BLOGCU Baxış sayı: 54
****
Artıq cənnətə inanmır
Gecə yarısı
blok qırağında
Oyanan uşaq.
****
Çünki saqqızını itirdi.
Atasının cibində qaldı
Uşağin arzuları.
****
Susuz
balıqlar havada üzər
Elə bilər dənizdir.
Son ümidi var yaşamaqçün.
Davamı...
Özgələr ( fəsil3)
Avqust 22, 2008 20:45 Yazan: BLOGCU Baxış sayı: 52
Fəsil 3.
Səhərisi kənddə özümə lazım olan şeyləri yığıb Neftçilər metrosu tərəfə getdim. Orda görüşməliydik. O biri iki dostumun da evlərindən Neftçilərə avtosbular çoxdur. Ona görə çox vaxt şəhərə gəzməyə çıxanda orda görüşürük. Nağı tez gəlmişdi. Həmişə belə edir. O çox vaxt bizi qabağlayır. Hardasa 10 dəqiqə Müşfiqi gözlədikdən sonra Müşfiq də gəlib çıxdı.
Müşfiq -Ooo. Kak delişki? A kak detishki?- deye öpüşüb görüşdü.
Müşfiq rus dilini yaxşı bilmediyindən dedikləri gülməli bir ləhcəylə çıxırdı.
-Sənə min dəfə demişəm! Rusca bilmirsən, danışma daaa. –deyə dinləndim.
Nagı -Her şey yaxşıdır. Bu gun bad olacaq.
Davamı...




























