Reklam verin!

Hadi Saei, Pekin olimpiadasının çampiyonunun blogu

Yazar: Fərhad @ Sentyabr 2, 2008 11:26

Hadi Saeiİndi İranda müxtəlif sahələrdə məşhur olan şəxslərin arasında, blog yaradıb və orda ürək sözlərin millətə yazıb çatdırmaq bir dəb olub.

Bu dəfə Hadi Saei, PersianBLog blog sistemində bir blog açıb vı orda yazıların və fikirlərin dərc edir. Hadi Saeinin blogının adı "Tehran Fərda" yəni "Tehran Sabah" dır. 

Hadi Saei İran Azərbaycanının Bostan Abad şəhərindəndir. Hadi Saei 2000-ci il Sidney olimpiadasında bürünc, 2004-cü il Afina olimpiadasında qızıl və 2008-ci il Pekin olimpiadasında qızıl medal qazanıb.

Məşhur şəxslərin bəziləri özləri üçün şəxsi blog açmasalarda, onların fantaları belə bir blog yaradıb və onlar haqda xəbərlər və materyallar yerləşdirirlər. Misal üçün Ali Daei adila açılan blog. 

“BarKamp Azerbaycan 2008”- qeyri-Konfransında Azəriblog-la bağlı təqdimat oldub

Yazar: Fərhad @ Sentyabr 2, 2008 9:01

Lənkəran şəhərində Qala otelində “Barcamp Azərbaycan 2008” qeyri-Konfransı keçib, çox hey oldu ki bu konfransda mən iştirak edib və dostlarımla yaxından görişə bilmədim amma mən konfransda iştirak etməsəmdə, dostumuz Eyvaz Qocayev AzəriBlog sistemi haqda təqdimat verib.

AzeriBlog

Eyvaz bəydən təqdimat üçün təşəkkür edirəm. 

Xəbəri və əlavə şəkillər üçün Eyvazın blogına daxil olun. 

Azərbaycan 0 - İran 1

Yazar: Fərhad @ Avqust 27, 2008 20:41

Futbol üzrə milli komandamız bu gün İranla qarşılaşdı və oyunda 1-0 hesabila məğlub oldu.

Tehranın «Azadi» stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlayan qarşılaşma da İran milli komandası 82 uncu dəqiqədə Mohəmməd Nuri təvəssütilə Azərbaycan qapısın açdı və oyun bu nəticə ilə sona çatdı. Daha öncə baş tutan 3 qarşılamanın heç birində millimiz qalib gələ bilməmişdi.

Blog dizaynları və reklam məsələsi

Yazar: Fərhad @ Avqust 26, 2008 16:27
Bu halda ki AzəriBlog sisteminin istifadəçilərinin çox sayı AəriBlog idarə heyəti ‎tərəfindən sistemdə yeni stillərin əlavə olmaqın gözleyirlər, Bəzi istifadəçilərimiz sistemin ‎kodlarından istifadə edərək, AzəriBlog sisteminə digər ölkələr və dillərdə mövcud olan ‎blog sistemlərinin stillərin, AzəriBlog sistemində istifadə etmək üçün dəyişib və ‎AzəriBlog istifadəçilərinə bloglarında təqdim edirlər.‎

Bu yazıda yeri gəlmişkən Hüseyn bəyin yaratdıqı blog və orda AzəriBlog istifadəçilərinə ‎təqdim etdiyi stillər üçün təşəkkür edirəm və öz minnətdarlğımı bildirirəm.‎

StilDünyanın Blog sistemlərinin stilləri barədə bir neçə mətləb yazıb məlumat verməyi lazim ‎bilirəm. Dünyanın ən məşhur blog sistemləri o cümlədən BloggerWordPress və həttə ‎olkələrdə fəaliyyət göstərən blog sistemləri o cümlədən Blogfa, sistemində istifadəçilər ‎üçün çox saylı stil yaradıb istifadiyə vermeyiblər. Yalnız bir neçə sadə stil yaradıblar ki ‎umum istifadəçilər onlardan istifadə etsinlər. Amma indi bu sistemlər üçün minlərcə stil ‎internetdə tapılır! Bəs bunlar hardan gəlib?‎

Müxtəlif şəxslər və şirkətlər sistemlərin kodlarından istifadə edib sistemlər üçün gözəl və ‎istifadəçi bəyənən stillər dizayn edirlər və pulsuz surətdə istifadiyə verirlər. Və buna görədir ki ‎internetdə bu sistemlər üçün xeyli stillər tapılır. ‎

İnternetdə sistemlər üçün stillərin çox olması, sistem sahibləri və blogçuların ‎mənfəətinədir amma aya bu stilləri dizayn edənlərin qazanci nədən ibarətdir?‎

Stillərin alt hissəsində onu dizayn edənlər öz saytlarına keçid verib və özlərin reklam ‎edirlər. (necə ki mənim blogımda var!) əgər dizaynlar gözəl və maraqlı olsa, stillərdən ‎istifadə edənlərin sayı çox olacaq və xeyli bloglarda onların reklamları gedəcək. Və bu ‎səbəb olacaq onların saytlarının ziyaratçısının sayı artsın və bu keçidlərlə saytlarının ‎rütbəsi axtarış sistemlərində yüksəlsin. (Page Rank)‎

Belə bir məqsədə nayil olmaq üçün o sayt sahibləri əgər başqa curə reklam etseydilər ‎xeyli pul sərf edəcəkdilər və reklamları belə daimi olmazdı, amma belə sistemlərə stil ‎yaratmaqla çox rahat surətdə öz məqsədlərinə nayil olurlar.‎ (halal olsun)

Bəzən bu sistemlərin pulsuz stillərinin altdaki keçidlərə diqqət edən zaman görünür ki ‎dizaynerlərdən əlavə digər sahədə məşğul olanlar da sistemlərə stil yaradıblar ki onlarla ‎bloglarda özlərin reklam etsinlər. yəni çox az pul verib dizaynerdən isteylər ki filan blog sistemi üçün stil dizayn etsin və onların adın dizayner kimi stilin altında yerləşdirsin. (misal üçün Mobil Operatorları, Hoetl sahibləri, firmalar və ...)‎

AzəriBlog sisteminin kodları məlumdur və onlardan istifadə edib bloglar üçün stil ‎yaratmaq çox sadə və rahatdır, ümidvaram ki bizim istifadəçilərimiz (Onlarki bir az ‎HTML bacarıqları var) özləri üçün istədikləri stilləri dizayn etsinlər. Və ümidvaram ki ‎bizim ölkədə şirkətlər və firmalar Day.az saytına reklam vermək müsabiqəsindən əl ‎çəkib belə faydali və dəyərli  işlərdə məşğul olsunlar və həmçenin Azərbaycan adın ucaldan layihələrə bir vətən sevər sponsor kimi dəstək olsunlar. ‎

Flash Gallery

Yazar: Fərhad @ Avqust 26, 2008 0:16

Flaş Qalereyası bir pulsuz PHP proqramıdır ki asan və sürətli surətdə vebsaytınızda foto qalereya yaratmaq və qalereyada şəkillərin slayd göstərilməsi üçün sizə imkan yaradır.

Bu proqramdan istifadə etmək və flaş qalereya yaratmaq üçüm heç bir proqramlaşdırma bacarıqına ehtiyacınız yoxdur. Sadəcə siz vebsaytınızın hostında istədiyiniz  yerdə proqramın faylların yükləyin.

Xüsusiyyətlər

  • Asan bir qalereya yaratmaq və proqramlaşdırmaq bacarıqlarının lazım olmamağı.
  • Flickr saytınım photostream imkanın dəstək edir.
  • Pulsuz və güclü bir proqram
Flash-Gallery öz şəkil qalereyalarınızı meydana gətirə biləcəyiniz üçün gözəl bir tətbiq. tətbiqi saytınıza, blogunuza inteqrə etmə imkanınız da var. ayrıca Flickr şəkillərinizi də qalereyaya daxil edə bilirsiniz. necə işlə/çalışdığını görmək üçün bura, burabura baxa bilərsiniz.

Rsizr

Yazar: Fərhad @ Avqust 24, 2008 14:53

Blogımın bu yazısında blog ziyaratçıları və dostlarımı bir faydalı saytla tanış edirəm. bu sayt blogçular üçün çox faydalı ola bilər.

bəzən olur ki blog yazılarında bir şəkildən istifadə etmək isteysiniz amma şəkilin olçüsü büyük oldığı üçün blogınızın dizaynın dəyişir. və siz bir Fotoshop kimi proqramdan istifadə etmək məcburiyyətində qalırsınız. amma;

Rsizr, sizə bu imkani verir ki onlayn sürətdə təsvirlərinizin olçüsin dəyişəsiniz.  bu saytda siz çox sadə surətdə şəkillərinizin ölçüsün dəyişib və istədiyiniz ölçüdə əldə edə bilərsiniz.

 

ilk10 kataloq

Yazar: Fərhad @ Avqust 24, 2008 14:27

Page Rankı 4 olan yeni Azərbaycan saytları kataloqu ilk10.com saytında bloglarınız və ya saytlarınız əlavə edin, saytlarınız və bloglarınıza ziyaratçi və Page Rank qazanın.

Blog və saytı ilk10.com kataloquna əlavə etmək çox rahatdır və bu iş yalnız 2 dəqiqə ərzində bitəcək və blogınız və ya saytınız ilk10.com kataloquna əlavə olacaq. həmçenin ilk10.com kataloqunda Azərbaycan və Türkiyə saytlarılə müxtəlif bölmələrdə tanış olub istədiyiniz mövzularda saytlari tapa bilərsiniz.

ilk10

Blogınızı əlavə edən zaman RSS xəbər xidmətinin ünvanın yazmağı unutmayın. niyə ki bu ünvan vasitəsilə sizin blog və saytın ən yeni yazıları ilk10.com kataloqunda nümayış olacaq.

Amerikanın qızıl oğli: Maykl Felps

Yazar: Fərhad @ Avqust 17, 2008 7:36
Michael Phelps
 
23 yaşlı Amerikalı üzgüçü Maykl Felps (Michael Phelps) Pekin Olimpiadasında üzgüçülük üzrə müxtəlif məsafələrə yarışlarında dünya rekordlarınu vuraraq 8 qızıl medal alıb və olimpiya oyunlarının tarixinə düşüb. 
 
Pekin Olimpiya Oyunlarında 8-ci qızıl medalını qazanan, Maykl Felps Olimpiyada tarixinin ən müvəffəqiyyətli oyunçusu olub. Maykel Atena Olimpiadasında 2004 uncu ildə 8 qızıl medal almışdi. və beləliknən onun Olimpia qızıl medallarının sayı 16 oldu. 
 
Davamı...
  Yazılar cəmi: 280    Sonrakı səhifə »