Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 64
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 128
  • Ümumi hit: 31247

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

Bloqu necə tanıtmalı

İyul 17, 2008 19:45
Həsənəlizadə Ramin

 

Azərbaycanın bloqosferasında və ümumiyyətlə, virtual aləmində tanınmış MarketoBlog-un müəllifi, bizim hörmətli marketoloqumuz Vüsal Qəmbərov mənə marketinq haqqında yazmağı təklif etdi, sağ olsun mövzu üçün! Təəssüf ki, mən marketoloq deyiləm və marketinq haqqında savadlı, maraqlı və faydalı məqalə yaza bilməyəcəyəm, bu işdə Vüsal bəyə çata bilmərəm. Yazılarımın birində isə, söz vermişdim ki, bloqlar haqqında yazacağam. Bu yazım nə bloqlar haqqındadır nə də marketinq haqqında, bu yazı bloq marketinqi haqqındadır. Yəni bloqu necə tanıtmalı, qabağa çəkməli.

 

Deməli belə: mən yazımda söhbət açmaq istəyirəm ki, bloqu tanınmış, məşhur, ziyarət olunan və gələcəkdə ola bilsin, hətta, gəlir gətirən etmək üçün neyləmək lazımdır. Məndən soruşa bilərsiniz ki, – “yəni, sənin bloqun belə məşhurdur ki, bizi öyrədirsən”? Bloqumun nə tanınmış olması, nə məşhurluğu, nə ziyarətçi sayı ilə öyünə bilmərəm, gəlir barədə isə heç söhbət açmalı deyil, amma, bu o demək deyil ki, yazmaq istədiklərimin heç bir mənası yoxdur.

 

Mən bir bloqçu kimi təzəlikçə fəaliyyətə başlamışam, təqribən cari ilin aprel ayından bəri. Yəni bu işdə xamam. Lakin, bu qısa müddətdə bloqçluğa bir az alışmışam və artıq bu bloq işində azdan-çoxdan nəsə başa düşməyə başlamışam. Bu işdə təzə olduğum üçün, hər şeyi təzə-təzə öyrənirəm və yazım, əsasən, özüm kimi xam bloqçulara yönəlib. Təcrübəli bloqçular üçün, yazdıqlarım, əlbəttə ki, yenilik deyil, bəlkə də gülməlidir. Onlardan xahişim budur ki, səhvlərim olsa düzəltsinlər.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(42)
595 dəfə oxunub
bölmə: İnternet

Azərbaycan şriftləri haqqında

İyun 4, 2008 23:17
Həsənəlizadə Ramin

 

Hamıya məlumdur ki, Azərbaycan dilini dəstəkləyən şriftlər olduqca azdır. Hansısa gözəl bir şrifti istifadə etmək istəyəndə məlum olur ki, bu şriftdə “ə” hərfi, bəzən isə əlifbamıza məxsus olan digər hərflər də yoxdur. Bununla yəqin ki, çoxları rastlaşıb. Təbii ki, bu dizaynerlər üçün də problemdir və onların yaradıcılıqlarını məhdudlaşdırır. Dizaynerlər, müxtəlif üsullarla lazım olan hərfləri şriftlərə əlavə edərək bu problemi həll edirlər. Bəziləri sadəcə “e” hərfini çevirirlər, başqaları isə “ə” hərfini sıfırdan çəkirlər. Nəticədə alınmış “ə”-ni, bəzi mahirlər şrift proqrammlar vasitəsi ilə, şriftə əlavə edirlər və mətni həmən, əldəqayırma, şriftlə yığırlar. Yəni problem müəyyən çətinliklər yaradsa da, həll olunur.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(30)
455 dəfə oxunub
bölmə: Dizayn

1920-30-cu illərdə Azərbaycan tipoqrafikası

May 1, 2008 1:47
Həsənəlizadə Ramin

 

 

 
Şəklin mənbəyi: russianartandbooks.com                           
 

1922-ci ildə Azərbaycanda “latınlaşma” kampaniyası başlandı, yəni, ərəb əlifbasının əsasında olan əlifbamızın əvəzinə, latın əlifbasının əsasında olan yeni əlifbaya keçmə prosesi. Bu proses 1929-cu ildə yeni əlifbanın rəsmi qəbulu ilə nəticələnmişdir. Yeni əlifba qəbul olunan kimi, Azərbaycanda, o zaman, əsas nəşriyat olan “Azərnəşr” tərəfindən, kütləvi miqdarda kitab nəşr olunmağa başlandı. Təbii ki, bütün bu kitablar üçün kitab üzü və rəsmlər lazım idi. Həmən tərtibat işlərini, “Azərnəşr”-lə əməkdaşlıq edən Azərbaycan qrafik rəssamları görmüşdülər. Onlar Hacıyev Əmir, Xalıqov Qəzənfər, Knit Ludviq, Mustafayev Rüstəm, Vlasov Mixail, Zeynalzadə Xalid və başqaları olublar. Beləliklə, Azərbaycan-latın tipoqrafikasının əsası qoyulmuşdu.

 

Həmən kitabların bəzilərinin üzlərini və rəsmlərini burada sizə təqdim edirəm. O vaxtkı kitabları görmək maraqlıdır, deyilmi? Yeri gəlmişkən, o vaxtın latın əlifbası indikindən bir az fərqli imiş. Nə isə, buyurun, özünüz baxın (43 şəkil):


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(7)
239 dəfə oxunub
bölmə: Dizayn

AzNet haqqında

Aprel 25, 2008 22:34
Həsənəlizadə Ramin

 

Dünən, Azart — rəqəmsal incəsənət birliyi adlanan Azərbaycan dizaynerlər forumunda bir gənc, istedadlı və qabiliyyətli dizayner Samir Hüseynovla AzNet termini barəsində mübahisəmiz oldu. Söhbət ondan başladı ki, AzNet anlayışını kim necə başa düşür və əslində bu termin nə məna verir. Biz təyin etmək istəyirdik ki, AzNet deyəndə hansı saytları nəzərdə tuturuq. Nə isə, əgər sizə maraqlı olsa, forumdaki mübahisəmizi Azart.az-da oxuya bilərsiniz. Burda isə mən, AzNet anlayışı haqqında öz fikirlərimi sizə çatdırmaq istəyirəm. Yəni, bu termini mən necə başa düşürəm.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(4)
196 dəfə oxunub
bölmə: İnternet

Dilimiz haqqında

Aprel 25, 2008 22:04
Həsənəlizadə Ramin

 

Şəklin müəllifi: Solomon; Mənbə: lensart.ru        

 

Dilimiz haqqında çox söz deyilib, çox yazı yazılıb. Buna baxmayaraq bu mövzu maraqlı olaraq qalır. Yəqin ki, bu mövzu hər zaman maraqlı olub və inanıram ki, olacaq da, lakin indiki zəmanədə fikrimi cəlb edən odur ki, bizim dilimiz hal-hazırda sınaqdan keçir.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(4)
151 dəfə oxunub
bölmə: Müxtəlif

  Yazılar cəmi: 6    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com