Azərbaycan xəbərlər saytları hack olunub
Avqust 11, 2008 14:53Həsənəlizadə Ramin
Bu gün səhərdən bəri Azərbaycanın bir neçə rus dilli xəbərlər saytlarına girə bilmirəm. Rusiyada yaşadığım üçün, o saat şübhələndim ki, Rusiyada bu saytlara “ban” qoyulub. Bu saytlar aşağıdakılardır:
Lakin bir neçə araşdırmalardan sonra məlum oldu ki, bu saytlar “hack” olunub. Digər saytlar isə, normal işləyirlər. Məsələn Apa.az, 1news.az, Anspress.com və başqaları. Hazırda Day.az-ın əsas səhifəsində bu məlumatı oxumaq olar: “Rusiyanın xüsusi xidmətləri Day.az serverlərinə hücum ediblər”. Originalını Day.az saytının əsas səhifəsində oxumaq olar (rusca).
***
Qeyd (təkzib)
13 avqust 2008-ci il.
Hörmətli oxucularım! Mənə indi məlum oldu ki, Novosti.az və Newsazerbaijan.ru eyni saytın müxtəlif domenləridir. Və bloqa yuxarıdakı yazını yazdığım zaman, yəni bu ayın 11-də bu saytda profilaktik işlər görülürdü və buna görə də sayt işləmirmiş. Bunu saytın arxivində avqustun 11-nə aid olan məlumatda oxudum. Bloqumda, tələsərək, yoxlanılmamış məlumatı yerləşdirdiyim üçün üzr istəyirəm.
Lakin, bu ilin avqustunun 11-də Azərbaycan xəbərlər saytlarına hakerlər tərəfindən həqiqətən də hücumlar olunub. Bunu Day.az və Anspress.com saytları da təsdiqləyiblər.
216 dəfə oxunub
bölmə: İnternet







