Day.az haqqında
İyun 3, 2008 18:21Həsənəlizadə Ramin
Bu yaxınlarda hər gün izlədiyim bloqların birində məşhur xəbərlər portalı olan Day.az-la əlaqədar maraqlı bir məlumat oxudum. Oxatan.com bloqu Webxana.com bloquna istinad edərək məlumat verirdi ki, Day.az Mail.ru reytinqinin qaydalarını pozduğuna görə, həmən reytinqdən çıxarılıb. Eyni zamanda Oxatan.com bloqu təxmin edir ki, Day.az-ın reytinqdən çıxarılmasının əsl səbəbi, onun Mail.ru-nun əleyhinə keçirtdiyi aksiyanın əvəzində Mail.ru-nun ona qisasıdır. Bundan əlavə, Oxatan.com, bu mövzu barəsində müzakirə ilə tanış olmaq üçün online marketinq jurnalı Mak.az-ın forumunu da ziyarət etməyi təklif edir. Bu müzakirədə Day.az-ın rəhbəri Elnur Baimov da Editor niki altında iştirak edir.
306 dəfə oxunub
bölmə: İnternet







