Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 54
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 137
  • Ümumi hit: 31256

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

Azərbaycan xəbərlər saytları hack olunub

Avqust 11, 2008 14:53
Həsənəlizadə Ramin

 

Bu gün səhərdən bəri Azərbaycanın bir neçə rus dilli xəbərlər saytlarına girə bilmirəm. Rusiyada yaşadığım üçün, o saat şübhələndim ki, Rusiyada bu saytlara “ban” qoyulub. Bu saytlar aşağıdakılardır:

 

Day.az

Novosti.az

Newsazerbaijan.ru

 

Lakin bir neçə araşdırmalardan sonra məlum oldu ki, bu saytlar “hack” olunub. Digər saytlar isə, normal işləyirlər. Məsələn Apa.az, 1news.az, Anspress.com və başqaları. Hazırda Day.az-ın əsas səhifəsində bu məlumatı oxumaq olar: “Rusiyanın xüsusi xidmətləri Day.az serverlərinə hücum ediblər”. Originalını Day.az saytının əsas səhifəsində oxumaq olar (rusca).

  

***

 

Qeyd (təkzib)

 

13 avqust 2008-ci il.

 

Hörmətli oxucularım! Mənə indi məlum oldu ki, Novosti.az və Newsazerbaijan.ru eyni saytın müxtəlif domenləridir. Və bloqa yuxarıdakı yazını yazdığım zaman, yəni bu ayın 11-də bu saytda profilaktik işlər görülürdü və buna görə də sayt işləmirmiş. Bunu saytın arxivində avqustun 11-nə aid olan məlumatda oxudum. Bloqumda, tələsərək, yoxlanılmamış məlumatı yerləşdirdiyim üçün üzr istəyirəm.

 

Lakin, bu ilin avqustunun 11-də Azərbaycan xəbərlər saytlarına hakerlər tərəfindən həqiqətən də hücumlar olunub. Bunu Day.azAnspress.com saytları da təsdiqləyiblər.



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(14)
216 dəfə oxunub
bölmə: İnternet

Azeriblog.com-da reklam haqqında

Avqust 10, 2008 23:33
Həsənəlizadə Ramin

 

Bu yaxınlarda bir yazı yazmışdım — “Bloqu necə tanıtmalı”, bloqumun daimi oxucularının yəqin ki, yadındadır. Bu yazı bəzi bloqçular tərəfindən bəyənildi və müsbət qiymətlər aldı. Hətta, Azeriblog.com saytının rəhbəri və məşhur Azərbaycan bloqçusu Fərhad Əsgərzadə bu yazıya Azeriblog.com saytının əsas səhifəsində reklam yerləşdirdi. Çox sağ olsun!

 

İndi istəyirəm həmən reklamın nəticələri haqqında qısa hesabat verim. Reklam sırf “Bloqu necə tanıtmalı” yazısına verilmişdir və nəticədə bu yazı bloqumda ən çox oxunan yazı oldu və ona xeyli şərh yazıldı. Bu reklam Azeriblog.com saytının əsas səhifəsində carı ilin iyul ayının 21‑dən etibarən 27‑nə kimi nümayiş olundu, yəni bir həftə ərzində. Qeyd edim ki, mənim bloqum məşhur deyil və ziyarətçiləri çox azdır. Reklamdan qabaq isə ziyarətçilərin sayı lap az idi, belə deyək,  gündə 5 – 10 nəfər (özüm də daxil olmaqla) ziyarətçi olar-olmazdı. Reklam verildikdən sonra isə, ziyarətçilərin sayı kəskin surətdə artdı. Reklamın nümayiş olunduğu günlərdə ziyarətçilərin sayı gündə 30 – 40 nəfər təşkil edirdi. Bu qısa reklam kampaniyası yalnız “Bloqu necə tanıtmalı” yazısını təqdim etsə də, ümumiyyətlə, bloqumun tanınmasına və ziyarətçilərinin artmasına xeyli yardım etdi. Buna görə də Fərhad Əsgərzadəyə bir daha öz minnətdarlığımı bildirirəm. Hazırda, artıq reklam yığışdırıldıqdan sonra, bloqumun gündəlik ziyarətçilərinin sayı 15 – 25 nəfərdir. Yəni reklamın müsbət təsiri göz qabağındadır. Bunu rahat görmək üçün bir balaca cədvəl hazırlamışam:

 

Müddət

Ziyarətçilərin sayı

Reklamdan qabaq

14.07.2008 – 20.07.2008

95 nəfər

Reklam nümayiş olunan müddət

21.07.2008 – 27.07.2008

207 nəfər

Reklam yığışdırldıqdan sonra

28.07.2008 – 03.08.2008

120 nəfər

Axırıncı 7 gün

04.08.2008 – 10.08.2008

152 nəfər

 

Bu cədvəldəki və yazıdaki statistik məlumatlar Azerinter.net reytinq-sayqac sisteminin bloqum üzrə statistik hesabatlarının əsasında hazırlanıb.

 

Bu yazımla mən demək istəyirəm ki, fikrimcə, Azeriblog.com saytına reklam verərək müsbət nəticələr almaq mümkündür. Hər halda Azeriblog.com saytında reklam vermək istəyənlər mənim bu hesabatıma əsasən özləri üçün təəssürat yarada bilərlər.



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(6)
114 dəfə oxunub
bölmə: İnternet

AzNet haqqında

Aprel 25, 2008 22:34
Həsənəlizadə Ramin

 

Dünən, Azart — rəqəmsal incəsənət birliyi adlanan Azərbaycan dizaynerlər forumunda bir gənc, istedadlı və qabiliyyətli dizayner Samir Hüseynovla AzNet termini barəsində mübahisəmiz oldu. Söhbət ondan başladı ki, AzNet anlayışını kim necə başa düşür və əslində bu termin nə məna verir. Biz təyin etmək istəyirdik ki, AzNet deyəndə hansı saytları nəzərdə tuturuq. Nə isə, əgər sizə maraqlı olsa, forumdaki mübahisəmizi Azart.az-da oxuya bilərsiniz. Burda isə mən, AzNet anlayışı haqqında öz fikirlərimi sizə çatdırmaq istəyirəm. Yəni, bu termini mən necə başa düşürəm.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(4)
196 dəfə oxunub
bölmə: İnternet

  Yazılar cəmi: 3   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com