Yay işləmək vaxtıdır!
İyul 26, 2008 19:18Həsənəlizadə Ramin
QWERTY nikli bloqçunun və Mak.az forumunun fəal iştirakçısının İMHO bloqunda maraqlı yazıya rast gəldim. Bu yazıda gənc mütəxəssislərə və tələbələrə gələcəkdə karyera qurmaq və yaxşı bir yerə işə düzəlmək üçün faydalı məsləhətlər verilir. Mən isə, işə girib, artıq işləyənlərə məsləhət vermək istəyirəm.
Yay – tətil, məzuniyyət vaxtıdır, bu isti aylarda çox adam işləmək əvəzinə istirahət etmək istəyir. Lakin, çox vaxt elə olur ki, yayın ən yaxşı, ən qızğın ayları məzuniyyətə gedənlər köhnə işçilər olurlar. Təzə işə düzələnlər, gənc işçilər isə, onları əvəz etməyə məcbur olurlar. Müəyyən vaxt ərzində bu gənc işçilər öz əsas işindən, vəzifəsindən əlavə, məzuniyyətdə olan bir, bəzən iki və hətta üç kolleqasının vəzifəsini yerinə yetirməyə məcbur olurlar. Sizinlə belə olub? Çətin olur deyilmi? Əslində isə buna sevinmək lazımdır! Bu vaxt – təsəvvür edilməz karyeranın bünövrəsini qoymağın əsl vaxtıdır!
709 dəfə oxunub
bölmə: Müxtəlif




