Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 63
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 114
  • Ümumi hit: 31233

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

Türkiyə Avropa İttifaqında?! – Vaxt göstərəcək!

İyul 9, 2008 12:40
Həsənəlizadə Ramin

 

Son vaxtlar TV-də Türkiyənin adı tez-tez çəkilir. Yaşadığım ölkə (Rusiya) üçün olmayan bir şey. Sözün düzü Türkiyənin adı rus TV-kanallarında yox, rus dilli versiyası olan beynəlxalq və Avropa kanallarında çəkilir, amma, yenə də çox təəccüblüdür. Məsələn, “Discovery” kanalında Türkiyə haqqında cürbəcür verlişlər göstərirlər, veriliş arası fasilələrdə türkləri danışdırırlar, hətta reklamda belə Türkiyə təqdim olunur. MTV kanalında Almaniyda yaşayan türklər haqqında komik serial yayımlanır. Bu cür misallar az deyil, axtarsaq bəlkə də lap çox taparıq. Görəsən bu nədəndir? Nə kampaniyadır belə, başlayıb? Xeyir ola? Bu Türkiyəmidir – özünə PR edir, yoxsa Avropadır – Türkiyəni dünyaya təqdim edir? Nədənsə mənə elə gəlir ki, bu Avropanın işidir. Yəni, Avropa öz cəmiyyətini türklərin gəlməsinə hazırlaşdırır. Avropa elə bil deyir ki, – “Baxın, türklər də bizim kimi adi insanlardı, qorxmayın!” Ümumiyyətlə belə bir təəssürat yaranır ki, Türkiyənin Avropa İttifaqına qəbul olunması artıq həll olunmuş məsələdir, sadəcə Avropa bir az vaxt istəyir, Türkiyənin öz ittifaqına qəbul etməyə tələsmir, hətta uzadır, ləngidir, qəbul etməmək üçün bəhanə axtarır, sanki, – “Mən hələ hazır deyiləm. Yox e-e hazıram, amma qorxuram” deyir. Məncə, vaxt da ona görə lazımdır ki, Avropa cəmiyyəti türklərin gəlişinə psixoloji hazırlaşsın, bəri başdan onlara öyrənişsin və Türkiyə nəhayət qəbul olunanda bunu rahat qarşılasın. Təbii ki, bunlar mənim şəxsi təəsürat və fikrlərimdir. Hər halda, məncə yaxın gələcəkdə, biz Türkiyəni Avropa İtifaqının daxilində görəcəyik.



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(14)
203 dəfə oxunub
bölmə: Müxtəlif

  Yazılar cəmi: 1   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com