Reklam verin!

Axtarış

Bölmələr

Abunə ol!

Sayqaç

  • İndi blogda: 57
  • Keçən ayın hiti: 11019
  • Dünənki hit: 222
  • Bugünki hit: 108
  • Ümumi hit: 31227

Personal Blogs - Blog Catalog Blog Directory
Add to Technorati Favorites
Azəri Blog Birliyi

Ceyms Feliçinin “Tipoqrafika üzrə ətraflı dərslik” kitabı haqqında

Avqust 22, 2008 23:49
Həsənəlizadə Ramin

 

 

Azərbaycanda nəşr olunan bir çox kitablara baxanda, onları əlimə alıb vərəqləyəndə çox heyfslənirəm və başa düşürəm ki, bu kitablar üstündə işləyənlər (nəşriyyatçı, tərtibatçı, dizayner, mətbəəçiləri nəzərdə tuturam, müəllifləri yox) Ceyms Feliçinin “Tipoqrafika üzrə ətraflı dərslik” kitabını nə oxuyublar, nə də ki, görüblər. Nəşriyyatımız bərbad haldadır.

 

Bu yazımda C. Feliçinin kitabı haqqında qısa məlumat vermək və öz fikirlərimi bildirmək istəyirəm.

 

Bu kitab dizayn, səhifələmə, kitab, dərgi tərtibatı ilə məşqul olanlar üçün həm dərslik, həm də ki, soraq kitabıdır. Bu kitabda Qutenberqdən (Gutenberg) başlayaraq müasir Open Type formatlı fontlara kimi şriftin inkişafı, tarixi təsvir olunur. Səhifələmənin qaydaları və üsulları əks olunub. Bu kitab, müxtəlif hallarda (kitab, qəzet, veb-səhifə, kağız, monitor) mətni elə səhifələməyi öyrədir ki, oxucu üçün onu oxumaq rahat olsun. Fikrimcə, “Tipoqrafika üzrə ətraflı dərslik” kitabı, mətnlə işləməyi, səhifələməni, poliqrafiya, mətbəə məhsullarını tərtib etməyi öyrənmək istəyənlər üçün əsl bilgi xəzinəsidir. Həm də, düşünürəm ki, peşəkarlar da onu soraq kitabı kimi istifadə edə bilərlər. Yəni bu kitab həm öyrənən, həm də ki peşəkar mətbəəçi, qrafik və veb dizaynerlər üçün faydalı və dəyərli bir vəsaitdir.

 

Kitab inglis dilində yazılıb, amma, rus dilinə də tərcümə olunub (James Felici “The Complete Manual of Typography” ing.; Джеймс Феличи “Типографика: шрифт, верстка, дизайн” rus.). Təəssüf ki, bu kitab Azərbaycan dilində hələ yoxdur. Ümid edək ki, gələcəkdə Ceyms Feliçinin “Tipoqrafika üzrə ətraflı dərslik” kitabı Azərbaycan dilinə də tərcümə və nəşr olunacaq.



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(8)
51 dəfə oxunub
bölmə: Dizayn, Kitablar

1920-30-cu illərdə Azərbaycan tipoqrafikası

May 1, 2008 1:47
Həsənəlizadə Ramin

 

 

 
Şəklin mənbəyi: russianartandbooks.com                           
 

1922-ci ildə Azərbaycanda “latınlaşma” kampaniyası başlandı, yəni, ərəb əlifbasının əsasında olan əlifbamızın əvəzinə, latın əlifbasının əsasında olan yeni əlifbaya keçmə prosesi. Bu proses 1929-cu ildə yeni əlifbanın rəsmi qəbulu ilə nəticələnmişdir. Yeni əlifba qəbul olunan kimi, Azərbaycanda, o zaman, əsas nəşriyat olan “Azərnəşr” tərəfindən, kütləvi miqdarda kitab nəşr olunmağa başlandı. Təbii ki, bütün bu kitablar üçün kitab üzü və rəsmlər lazım idi. Həmən tərtibat işlərini, “Azərnəşr”-lə əməkdaşlıq edən Azərbaycan qrafik rəssamları görmüşdülər. Onlar Hacıyev Əmir, Xalıqov Qəzənfər, Knit Ludviq, Mustafayev Rüstəm, Vlasov Mixail, Zeynalzadə Xalid və başqaları olublar. Beləliklə, Azərbaycan-latın tipoqrafikasının əsası qoyulmuşdu.

 

Həmən kitabların bəzilərinin üzlərini və rəsmlərini burada sizə təqdim edirəm. O vaxtkı kitabları görmək maraqlıdır, deyilmi? Yeri gəlmişkən, o vaxtın latın əlifbası indikindən bir az fərqli imiş. Nə isə, buyurun, özünüz baxın (43 şəkil):


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(7)
238 dəfə oxunub
bölmə: Dizayn

  Yazılar cəmi: 2   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com